Icma.az
close
up
RU
Mənim də həyatım sözdü, şeirdi...

Mənim də həyatım sözdü, şeirdi...

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bütün varlığı ilə xalqına bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm adamlarındandır Nəriman Həsənzadə. O, Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə Ali Sovetin deputatı kimi Müstəqillik Aktına qol çəkib. Ümumiyyətlə, millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə ön sıralarda yer alıb.

AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan poeziyasının, ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən birinin - Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur.

Nəriman Həsənzadəni xoşbəxt qələm adamlarından hesab etmək olar. Ona görə ki, hər zaman həsrətlə gözlədiyi Qələbə sevincini dadıb. O, tez-tez deyirdi ki, “Qarabağ ürəyimizin yaralı yeridir. Ən böyük istəyim gedən quşların öz yuvalarına qayıtdığı kimi, Qarabağın qayıdışıdır”. Artıq Xalq şairinin bu arzusu çin olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağı yağı tapdağından azad edib.

Xalq şairi Nəriman Həsənzadə ədəbiyyata çox gənc yaşlarında, hər şeydən əvvəl lirik şair kimi gəlib. Bu lirika təbiiliyi, səmimiliyi və dil-üslub mükəmməlliyi ilə elə əvvəldən, sözün geniş mənasında, məhz onun müəllifinə məxsus idi. Nəriman Həsənzadənin yaradıcılığını araşdıran tədqiqatçılar, eləcə də ədəbi tənqidçilər şairin əsərlərinin ən böyük məziyyəti kimi, ilk növbədə, məhz səmimiyyətini, həssaslığını qeyd etmişlər.

Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub.

Nəriman Həsənzadə ötən əsrin 50-60-cı illərində yazdığı “Qız ürəyi”, “Hadi və Əsgər”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Qadın”, “Heybədə gəzən şeir” (“Sabir”), “Vətənsiz”, “Əsir uşaq”, “Şahid ol, Günəş”, “Nəriman”, 70-80-ci illərə aid “Həsrət”, “Zümrüd quşu”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var?”, 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Poylu - beşiyim mənim”, “Qaçaq Kərəm”, “Nuru Paşa”, “Nizami”, “Sözü tara verin” kimi çox sayda və müxtəlif həcmli poemalarının hamısında həm epos təhkiyə-intonasiyasına, həm hadisələrin dramatizminə, həm də xarakterik detal-məqamların ictimai-estetik interpretasiyasına əsaslanmaqla bir şair, bir tarixçi, bir filosof kimi çıxış edib.

“Nəriman” epik-dramatik poeması əsasında hazırlanmış “Bütün Şərq bilsin” tamaşasının uğurundan sonra Nəriman Həsənzadəyə ikinci uğuru “Atabəylər” qazandırıb. Sonra isə “Pompeyin Qafqaza yürüşü” mənzum pyesi tamaşaya qoyulub.

Mənim də həyatım sözdü, şeirdi,

Bir isti nəfəsəm, bir səsəm belə.

İnsana diləyim ancaq xeyirdi,

Şər gəlməz əlimdən, istəsəm belə.

Bəlkə də bu misraları Nəriman Həsənzadənin bütün yaradıcılığının epiqrafı adlandırmaq olar. Ustad ədibin bütün şeir və poemalarında bir axıcılıq, həzin lirizm var ki, bu emosionallıq müasir danışıq dilimizə bənzəyir və bəzən həmin əsərləri mütaliə edərkən elə bilirsən, şairlə şirin söhbətdəsən.

Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, qələmini nəsrdə də sınayıb. Onun publisistikası milli-mənəvi dəyərləri, humanizmi, insan-cəmiyyət münasibətlərində halallığı, səmimiliyi, Azərbaycan xalqının milli müstəqilliyini müdafiə edən, güclü dövlətçilik təfəkkürünə malik vətənpərvər bir publisistikadır, Xalq şairinin, ictimai xadimin gərgin mübarizələrdən keçmiş şəxsiyyətinin, milli taleyinin bilavasitə ifadəsidir. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim ədəbi taleyim” əsəri Azərbaycan ədəbiyyatında yazıçı publisistikasının ən gözəl örnəklərindən biridir.

Xalq şairi 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub, 100-dən artıq şeirinə musiqi bəstələnib.

Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc edilib. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.

Müsahibələrində “Mənim qarşıma həmişə yaxşı insanlar çıxıb”, - deyən şair bu sırada özünə mənəvi ata bildiyi istedadlı yazıçı, gözəl alim Mir Cəlal Paşayevi böyük sevgi və ehtiramla xatırlayır.

“Tale mənə şairliyi könül dostu verib”, - deyən şairin qarşıdakı illərdə də əzəli və əbədi “dostu” ilə çox sirdaşlıq edəcəyinə və neçə-neçə yeni poetik nümunələrlə oxucuları sevindirəcəyinə inanırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri