Icma.az
close
up
RU
“Mənim Dənizlərim, Mənim Okeanlarım” sərgisi ilk dəfə Heydər Əliyev Mərkəzində Video

“Mənim Dənizlərim, Mənim Okeanlarım” sərgisi ilk dəfə Heydər Əliyev Mərkəzində Video

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində su ehtiyatlarının qorunması çağırışı ilə “Mənim Dənizlərim, Mənim Okeanlarım” (“My Seas, My Oceans”) sərgisinin açılışı olacaq.

“Qafqazinfo” xəbər verir ki, sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə  planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır. 

Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiya “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində nümayiş olunacaq. 

2022-ci ildə Cenevrədəki debütü ilə su ekosisteminin mühafizəsinə dair qlobal dialoqun əsasını qoyan layihə Bakıda ilk dəfədir təşkil edilir. Sərgidə müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim ediləcək. Həmin əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur. 

Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər. 

Sərgi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə - “Təmiz su və sanitariya”, “Məsuliyyətli istehlak”, “İqlim dəyişməsi ilə mübarizə” və “Su altında həyat” hədəflərinə uyğunluğu ilə fərqlənir. “Mənim Dənizlərim, Mənim Okeanlarım”  göstərir ki, sənət təkcə reallığı əks etdirmir, həm də gələcək nəsillər üçün dəniz və okeanların təmizliyini təmin etməyə qadirdir. 

Yer kürəsinin 70 faizindən çoxunu təşkil edən su ehtiyatları, dəniz və okeanların ekoloji sistemi getdikcə daha çox mənfi təsirə məruz qalır. Sərgi isə incəsənət vasitəsilə həmin təsirlərin azaldılması və qarşısının alınması, ümumiyyətlə qlobal məsələlərə diqqətin artırılması ismarıcını dünyaya ötürür. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri