Icma.az
close
up
RU
“Mənim Oğlum Qəhrəmandır!” mahnısı qardaş Türkiyənin efirlərində

“Mənim Oğlum Qəhrəmandır!” mahnısı qardaş Türkiyənin efirlərində

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Mənim Oğlum Qəhrəmandır!” layihəsinin klipi artıq qardaş Türkiyənin televiziya kanallarında yayımlanır, eyni zamanda radio məkanlarında səsləndirilir. Layihənin Türkiyə mediasında təqdim olunması Azərbaycan–Türkiyə qardaşlığının mənəvi bağlarını bir daha nümayiş etdirir.

525.az xəbər verir ki, bu barədə layihənin rəhbəri, tanınmış şair Mircəlal Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Türk dünyasının sevilən sənətçisi Azərin və Azərbaycanın Xalq artisti Azər Zeynalovun ifasında səslənən “Mənim Oğlum Qəhrəmandır!” nəğməsi sadəcə musiqi əsəri deyil. Bu mahnı şəhid analarının göz yaşından doğulan dua, şəhid atalarının sınmayan duruşundan yaranan qürur kimi təqdim olunur.

Layihə müəlliflərinin vurğuladığı kimi, nəğmənin Türkiyə televiziya və radio məkanında səslənməsi xüsusi mənəvi məna daşıyır. Artıq qəhrəman anaların haqq səsi təkcə Azərbaycanda deyil, Türkiyədə də eşidilir, Türkiyə ekranlarında da yer alır. Şəhid analarının səsi millətin vicdan səsi kimi dəyərləndirilir. Mahnının hər misrasında bir ana nəfəsi, bir müqəddəs dua hiss olunur: “Mənim oğlum bu gün deyil, sabah deyil… O əbədi bir zamandır! Azərbaycanın tarixinə tarix yazan qəhrəmandır!”

Mircəlal Qurbanov qeyd edib ki, nəğmənin hər notunda göz yaşını qürura çevirən ata duruşu əks olunur və səslənən misralar türk qəhrəmanlıq ruhunu bir daha xatırladır: “Mənim oğlum Cavanşirdir… O Nəbidir, Koroğludur! Polad kimi vətəninə canın verən Türk oğludur!”

Onun sözlərinə görə, layihənin əsas mesajı ondan ibarətdir ki, Azərbaycan var olduqca qəhrəman şəhidlər də yaşayacaq, onların adları yaşadıqca Türkün qüruru və Vətənin bayrağı daim uca olacaq.

“‘Mənim Oğlum Qəhrəmandır!’ bu gün artıq təkcə bir mahnı deyil, Türk dünyasını birləşdirən mənəvi çağırış, şəhidlərin xatirəsinə ucaldılmış səsli abidədir”, – deyə Mircəlal Qurbanov fikirlərini yekunlaşdırıb. (Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:354
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Yanvar 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri