Icma.az
close
up
RU
“Mənim təcrübəm niyə heç kimə lazım deyil?” Millinin keçmiş həkimi

“Mənim təcrübəm niyə heç kimə lazım deyil?” Millinin keçmiş həkimi

Icma.az, Qol.az saytına istinadən bildirir.

1992-1998-ci illərdə futbol Azərbaycan milli komandasında və müxtəlif dövrlərdə ölkə xaricində terapevt-həkim kimi çalışmış Faiq Hüseynov QOL.az saytına müsahibə verib. 

- Siz uzun müddət Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış futbol adamları ilə eyni klublarda işləmisiniz. Həmin şəxslərdən kimlər yadınızda qalıb? Xatirələriniz necədir?

- Bəli, mən orada 22 il futbol sahəsində - idman masajçısı - terapevt kimi çalışmışam. 1998-2006-cı ildə “Dubay”, 2006-2019-ci illərdə “Əl-Əhli”, 2019-2021-ci illərdə isə “Şabab Əl-Əhli” futbol klublarında işləmişəm. Həmin illərdə dünyada tanınmış onlarla futbol adamının sağlamlığının bərpasında rolum olub. Bunlardan futbol üzrə dünya çempionu Fabio Kannavaro, Avropa çempionu Rikardo Kuarejma,  Almaniya Bundesliqasının o vaxt ən güclü hücumcusu olan braziliyali Qrafiti, həmçinin,  tanınmış məşqçilər İvan Qaşek, Kiki Flores, Devid O' Liri, Kosmin Kontranın adını çəkə bilərəm. Onlar haqqında çox danışmaq olar. Yalnız onu demək istəyirəm kì, onlar nə qədər tanınmışdırlarsa, o qədər də sadədirlər. Bu, həmişə diqqətimi cəlb edib. Hər zaman çalışdıqları heyətlə çox səmimi olublar, onların qayğısına qalıblar. Onlarla bir yerdə işləmək çox asan olub. Özlərini digərlərindən heç vaxt üstün tutmayıblar. Peşakarlıqlarını hər sahədə göstəriblər. Onlarla idman haqqında çox  söhbətlərimiz olurdu. BƏƏ-də basketbol millisində də işləmişəm.

- Birləşmiş Ərəb Əmirliklərindən nə vaxt ayrılıb Azərbaycana qayıtdınız və bunun səbəbi nə idi?

- Biz 2021-ci ildə Vətənə qayıtdıq. Pandemiya ilə əlaqədar klublarda büdcədə çətinlik olduğuna görə maaşları azaltdılar. Həm də bildiyiniz kimi, Dubayda yaşamaq çox böyük pul tələb edir. Ailə ilə və az maaşla Dubayda çətinlik olardı... Mənim pandemiyadan da əvvəl Azərbaycana qayıtmaq fikrim olub. Hətta 2017-ci ildə - Dubayda çalışan vaxt AFFA-ya yazılı  müraciət də etmişəm. Fikirləșmişəm ki, təcrübəmdən yararlanaraq, az da olsa milli komandamıza köməkliyim dəyə bilər. Məndən CV tələb etdilər. Yazili cavab verildi ki, vakansiya olanda sizə xəbər verərik. Ona görə hər dəfə Bakıya qayıtmağı təxirə salırdıq. Amma pandemiyada fikirləşdik ki, geri qayıdaq, hər halda hansısa klub mənim təcrübəmdən yararlanmaq istəyər. Artıq uşaqlar da orada universiteti bitirmişdilər. Hazırda orda çalışıb, yaşayırlar.

- Siz Azərbaycan milli komandasında Boris Xetaqurovla birgə tibbi personalda işləmisiniz. Bu gün isə futbol sahəsindən uzaqlaşmısınız. Bunun səbəbi nədir?

- Bəli, mən Boris Xetaqurovla ilk gündən, yəni 1992 ci ildən milli komandada çalışmışam. Həmin vaxt 50 dollar maaş alır, Sumqayıtdan Bakıya məşqlərə gəlirdim. Mən əsas və olimpiya millimizdə masajçılıqan başqa, operator, tərcüməçi, inzibatçı kimi də çalışırdım. Bunun müqabilində 50 dollar maaş alırdım. AFFA-da pul olmayanda mən lazım idim. “Qarabağ”da da pul yox idi. Həm də orda çalışırdım. Müharibə dövrü idi. Ağdamda oyunlar olurdu. İndi yaxşi vaxtda mənim təcrübəm hec kimə lazim devil. Hamı deyir ki, futbol inkişaf etmir. Amma mənim bu təcrübəm heç kimə lazım deyil. Niyə? Mən heç kimdən şikayət etmirəm, heç nə də istəmirəm. Sadəcə bu suala cavab axtarıram. Çox şükür, heç nəyə ehtiyacım da yoxdur. Mənim təcrübəmdən yararlana bilərlər. 

AFFA-nın yeni strageyiyasına əsasən xaricdən mütəxəssislər gətirib yeni kadrlar hazirlamalıdırlar, Amma mənim kimi yerli mütəxəssisin təcrübəsindən yararlanmaq istəmirlər. Niyə?

- İşlə bağlı hara müraciət etmisiniz? Sizə nə cavab verilib?

- Dəfələrlə AFFA-ya, “Neftçi”, “Qarabağ”, “Sabah” və son dəfə “Tovuz Turan” kulublarına müraciət etmişəm. AFFA-dan baş həkim Vyaçeslav Xomenko mənə cavab verdi ki, "Mesta net", yəni "yerimiz yoxdur". Deməli, klublarımızda 33 masajçı işləyir, yalnız mənə yer yoxdur. Baxmayaraq ki, idman üzrə ali təhsilli və xaricdə təcrübəsi olan mənəm. 1987-ci ildən “Neftçi”də Azərbaycan futbolunun “qaymaqları” olan İqor Ponomaryov, İsgəndər Cavadov, Maşallah Əhmədov, Nazim Süleymanov, Vəli Qasımov, Yunis Huseynov, Tarlan Əhmədov, Vidadi Rzayev, Arzu Mirzəyev, Arif Əsədov, Mahmud Qurbanov, Vladislav Qədirov və s. kimi futbolçuları klubda və milli komandada oyuna hazırlamışam. Saymaqla qurtarmaz.

- Bir ara “Neftçi” basketbol komandasında da işləmisiniz. Sonra oradan da ayrıldınız. Bəs bunun səbəbi nədir?

- Bəli. İndi basketbol millisində çalıșıram. Bakıda keçirilən COP-29 zamanı basketbol çempionatı dayandırıldı, “Neftci' və milli komanda eyni vaxtda təlim-məşq toplanışı keçirmək qərarına gəldi. "Neftçi"nin toplantışı Şəkidə, milli komandada isə Bakıda oldu. Mən millini seçdim. "Neftçi" həmin müddətdə yeni mûtəxəssis tapdı. "Neftci"də artıq 3-cü mövsüm idi ki, calışırdım. Millidə çalışan Anar müəllimin məşqciliyi altında "Neftçi" ölkə kubokunu qazandı. “Neftci" klubuna uğurlar arzulayıram. Mən basketbol millisində çalışmaqdan məmnunam. Mən həm də basketbol üzrə məşqci ixtisasını bitirmişəm, basketbol komandasında oynamışam.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tez-tez Azərbaycan futbolunda yaxşı tibbi personala ehtiyac olduğunu deyir. Öz sahənizin mütəxəssisi kimi bu sahədəki durumu necə dəyərləndirirsiniz?

- Hazırda futbolda tibb sahəsində nə baş verdiyini söyləmək mənim ücün cətindir. Tibb komitəsindən praktiki olaraq heç bir məlumatım yoxdur. Eşitdiyimə görə, bəzi seminarlar keçirilir. Deyə bilərəm ki, BƏƏ-də hər şey çox peşəkarcasına edilir. Bütün tibb personalı işləmək ücün lisenziya almalıdır. Yalnız ondan sonra tibb personali işləyə bilər.

- Sosial şəbəkədə tez-tez Azərbaycan futbolunun yaxın tarixinə dair maraqlı videolar paylaşırsınız. Arxiviniz zəngindirmi? Və əsasən hansı illəri əhatə edir?

- Bəli, çalışdığım vaxtlarda Azərbaycan futbolunun yaxın tarixində olan videoları Feysbukda paylaşıram. Hər yeni videolar qarşıma cıxanda səhifəmdə izləyicilərlə bölüşürəm Maraqlıdırsa, Feysbuk səhifəmi izləyin (gülür). Bəli, arxivimdə kifayət qədər Azərbaycan futboluna aid şəkil və videolar var. Bunlar əsasən çalışdığım dövləri əhatə edir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Yanvar 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri