Icma.az
close
up
RU
Mənşə sertifikatlarının “” üzərindən verilməsinə dair maarifləndirici görüş keçirilib

Mənşə sertifikatlarının “” üzərindən verilməsinə dair maarifləndirici görüş keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Mənşə sertifikatı” altmodulunun istifadəsi və funksionallığı ilə bağlı ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlarla maarifləndirici görüş keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə 2024 və 2025-ci illər ərzində Bakı şəhəri üzrə ən çox mənşə sertifikatı təqdim olunan 10 ixracatçı təsərrüfat subyektinin nümayəndələri iştirak edib.

Görüş zamanı agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev açılış nitqi ilə çıxış edib. Bildirilib ki, tezliklə malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Agentliyin Keyfiyyət informasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) üzərindən verilməsinə tam keçid təmin olunacaq. Müraciətlərin qeyd edilən sistem vasitəsilə edilməsinin ixracatçılara prosesin hər mərhələsini (müraciətin daxil olmasından yekun nəticəyə qədər) real vaxt rejimində izləmək imkanı verdiyi qeyd edilib. Bundan əlavə, ərizələrin onlayn şəkildə təqdim olunması və əvvəllər formalaşan müraciətlər əsasında yeni müraciətlərin göndərilməsinin vaxt itkisinin qarşısını aldığı, sənədlərin tərtibatı prosesini sadələşdirdiyi və ümumilikdə müraciətlərin idarə olunmasında operativliyi artırdığı vurğulanıb.

Daha sonra “Mənşə sertifikatı” altmodulundan istifadəyə dair videoçarx nümayiş olunub, iştirakçılara moduldan istifadə qaydaları praktiki misallarla izah edilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri