Icma.az
close
up
RU
MENSTRUASİYA haqqında qadınların bilmədiyi FAKTLAR

MENSTRUASİYA haqqında qadınların bilmədiyi FAKTLAR

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Menstruasiya hər bir qadın üçün adi və təbii prosesdir.

Lakin, buna baxmayaraq, bir çox qadınlar menstruasiya ilə bağlı olan müxtəlif, elmi cəhətdən heç bir təsdiqi olmayan “rəvayətlərə” inanır.

Məsələn:

- Menstruasiya zamanı hamilə qalmaq mümkün deyil.

Bu yanlış fikirdir. Bu halda hamiləliyin ehtimalı az da olsa, hamiləlik mümkündür! Menstruasiyanın sonunda cinsi əlaqədə olan qadın hamilə qala bilər. Məsələ burasındadır ki, qadınlarda ovulyasiya hər zaman menstrual dövrün ortasında baş vermir – daha tez və ya daha gec baş verə bilər. Spermatozoidlər isə qadının cinsi yollarında 5 (hətta 7) günə kimi “döyüşə” hazır vəziyyətdə qala bilirlər. Nəticədə tez baş vermiş ovulyasiya (xüsusilə menstrual dövrü qısa  - 22, 24, 26 gün - olan qadınlarda) + həyat qabiliyyəti yüksək olan spermatozoidlər = hamiləlik.

- Menstruasiyanın birinci günlərində çimmək olmaz ki, bu qanaxmaya səbəb ola bilər.

Bu da belə deyil. İlıq duş (isti vanna yox!) hətta menstruasiyanın birinci günündə qadağan deyil və qanaxmaya səbəb ola bilməz. Əksinə olaraq ilıq su əzələlərin boşalmasına səbəb olaraq, menstruasiya zamanı olan ağrıları azaldır.

- Menstruasiya zamanı idmanla məşğul olmaq olmaz.

Bu da yanlış məlumatdır. Bəli, fiziki yükləmələr ağır olmamalıdır. Yüngül (!) idman yükləmələri isə menstruasiya zamanı qadağan deyil. Əksinə olaraq fiziki yükləmələr bir çox hallarda menstruasiya zamanı mümkün olan ağrılarla mübarizədə qadına kömək edir.

- Hər menstrual dövrdə ovulyasiya baş verir.

Bu səhvdir. Hətta tam sağlam qadınlarda bəzi menstrual dövrlərdə ovulyasiya baş verməyə bilər (buna “anovulyator menstrual dövr” deyilir). Ovulyasiyanın baş verməməsinə baxmayaraq qadında menstruasiya normal qaydada başlayır.

- Menstruasiya zamanı qadın çoxlu qan itirir.

Bu heç də belə deyil! Menstruasiya zamanı qadın az miqdarda (təxminən gün ərzində 2-3 xörək qaşığı) qan itirir və bu onun sağlamlığına heç bir mənfi təsir etmir. Lakin əgər sizdə menstruasiyalar çox güclü qanaxma ilə müşayiət olunursa (siz hər 1-2 saatdanbir gigiyenik bezi dəyişməli olursunuzsa), bu narahatçılıq üçün səbəb yaradır. Belə qanaxmalar müxtəlif xəstəliklərin və pozulmaların (hormonal pozulmalar, miomalar, poliplər, şişlər, endometrioz və s.) simptomu ola bilər.

- Cərrahiyyə əməliyyatı zamanı uşaqlığı xarıc olunmuş (histerektomiya) qadında menstruasiyalar saxlanılır.

Səhvdir. Menstruasiya zamanı xaric olunan qan və qan laxtaları uşaqlığın selikli qişasıdır. Uşaqlıq olmadıqda bu proses də mümkün olmur.

- Menstruasiya zamanı olan ağrılar təbiidir və onlara dözmək lazımdır.

Müəyyən çox da güclü olmayan ağrılar mümkündür. Məsələ burasındadır ki, menstruasiya zamanı uşaqlıq köhnə selikli qişadan azad olmaq üçün fəal şəkildə yığılır və bu yığılmalar ağrılara səbəb olur. Lakin əgər ağrılar çox güclüdürsə, mütləq ginekoloqa müraciət edin. Belə ağrılar müxtəlif xəstəliklərin simptomu ola bilər.

- Menstruasiya zamanı dərman içmək olmaz.

Bu da növbəti səhvdir. Əgər menstruasiya çox güclü ağrılarla müşayiət olunursa, ağrısızlaşdıran (məsələn, nurofen) və (və ya) spazmolitik (məsələn, no-şpa) preparatlardan biri istifadə oluna bilər.

- Hamiləlik zamanı menstruasiya ola bilər.

Bu cəfəngiyatdır. Hamilə qadının orqanizmində follikullar yetişmir, ovulyasiya və uşaqlığın boşluğunda olan dövri dəyişikliklər (selikli qişanın qalınlaşması və s.) baş vermir. Bu səbəbdən hamilə qadınlarda menstruasiya mümkün deyil. Hamiləlik zamanı qadında qanlı ifrazatların olması təhlükəli simptom sayılır və hamiləliyin pozulmasının əlaməti ola bilər. Bu halda mütləq ginekoloqa müraciət etmək lazımdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri