Mənsum İbrahimovdan Muğam müsabiqəsindəki qalmaqala reaksiya
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Xalq artisti Mənsum İbrahimov IX "Muğam” Televiziya Müsabiqəsinin finalında yaşanan qalmaqala münasibət bildirib.
Bu barədə sənətçi "Qonaqcanlı" verilişində danışıb.
"Çıxan söz-söhbətlər təbiidir. 7 finalçımız və 3 yer var var idi. Burada əsas yer deyil. Bu 3 ay ərzində onları tanıtdıq, 7 finalçının bu mərhələyə gətirib çıxardıq. 20 ifaçının hər birini özümüz seçmişdik. Bunlar xırda söbətlərdir, həmişə olub-olacaq da. Adam var, işi dedi-qodudur. Bizim isə buna vaxtımız yoxdur. Biz onları seçib tanıtdıq. Onların yaradıcılığı bundan sonra başlayır" deyə, Mənsum İbrahimov bildirib.
Qeyd edək ki, sözügedən müsabiqənin iştirakçılarından olan Kənan Novruzov yarışmada haqsızlığa uğradığını iddia edib. O, finalda təqdim olunan diplomdan imtina edib. //Axşam.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















