Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mənsurdan iki qitəni silkələyən təhdid: İranın çəkindiyi həmləni husilər edə bilər

Mənsurdan iki qitəni silkələyən təhdid: İranın çəkindiyi həmləni husilər edə bilər

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının informasiya nazirinin müavini Məhəmməd Mənsur Qırmızı dənizi Bab əl-Məndəb boğazı vasitəsilə Süveyş kanalına birləşdirən yolun bağlana biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu addımın nəticəsində dünya bazarında neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Mənsur qeyd edib ki, bu halda Avropa iqtisadiyyatı ciddi şəkildə çətin vəziyyətə düşəcək. O, husilərin Bab əl-Məndəb boğazı üzərindən keçən bütün dəniz yollarını bağlamaq imkanına malik olduğunu vurğulayıb və belə olan vəziyyətdə Asiya ilə Avropa arasında dəniz daşımalarının iflic ola biləcəyini söyləyib.

Bab əl-Məndəb boğazı həqiqətən də dünya ticarəti və enerji daşımaları baxımından strateji əhəmiyyətə malikdir. Buradan gün ərzində milyonlarla barel neft və böyük həcmdə yük daşınır. Yaxın Şərqdə davam edən müharibə fonunda Hörmüz boğazından ticarətin səngiməsi Bab əl-Məndəb boğazına olan təlabatı artırıb. Yəni mümkün blokada qlobal bazarlarda ciddi dalğalanmalara səbəb ola bilər.

Bununla belə husilərin Bab əl-Məndəb kimi qlobal ticarət arteriyasını tam bağlamaq imkanları nəzəri olaraq səslənsə də, praktik baxımdan son dərəcə çətin və riskli addımdır:

Birincisi, coğrafiya və hərbi imkanlar məsələsi var. Bab əl-Məndəb boğazı dar olsa da, tam nəzarət tələb edən mürəkkəb bir akvatoriyadır. Burada yalnız raket və dron hücumları ilə davamlı blokada yaratmaq mümkün deyil. Husilər indiyə qədər göstəriblər ki, onlar gəmiçiliyə selektiv zərbələr endirə, müəyyən marşrutları riskli edə bilirlər. Amma bu, “tam bağlama” demək deyil. Tam blokada üçün daimi dəniz patrulu, genişmiqyaslı mina döşəmə əməliyyatları və hava üstünlüyü lazımdır ki, bu da faktiki olaraq dövlət səviyyəli donanma və koordinasiya tələb edir.

İkincisi, belə bir addıma beynəlxalq reaksiya çox sərt olar. Bab əl-Məndəb təkcə regional deyil, həmçinin qlobal iqtisadiyyat üçün kritik nöqtədir. Bu boğazın bağlanması Çin, Avropa İttifaqı (Aİ), Hindistan kimi böyük iqtisadi aktorların birbaşa maraqlarına zərbə vurur. Bu isə o deməkdir ki, boğazın bağlanması halında məsələ dərhal beynəlxalq təhlükəsizlik gündəliyinə çıxar və çox güman hərbi müdaxilə ilə nəticələnər. ABŞ və müttəfiqlərinin artıq Qırmızı dənizdə mövcudluğu nəzərə alınsa, husilərin uzun müddət belə bir blokadanı davam etdirməsi real görünmür.

Üçüncüsü, region ölkələrinin reaksiyasıdır. Səudiyyə Ərəbistanı, Misir və hətta BƏƏ kimi ölkələr üçün Bab əl-Məndəb həyati əhəmiyyət daşıyır. Misir üçün bu, birbaşa Süveyş kanalının gəlirləri və milli təhlükəsizlik məsələsidir. Belə bir blokada cəhdi bu ölkələrin koordinasiyalı və sərt hərbi cavabını demək olar ki, qaçılmaz edər.

Husilər Yəməndə belə tam nəzarətə malik deyillər və uzunmüddətli genişmiqyaslı qarşıdurmaya tab gətirmək imkanları məhduddur. Digər tərəfdən İran özü belə Hörmüz boğazını tam bağlamaqdan çəkinir, çünki bunun nəticələrinin nə qədər ağır olacağını anlayır. Əgər Tehran belə bir eskalasiyadan yayınırsa, husilərin onun adından daha riskli addım atması məntiqli görünmür.

Bununla belə, husilərin vaxtaşırı hücumlarla qlobal ticarətə təsir etməsi mümkündür. Enerji qiymətlərində dalğalanma, logistika xərclərinin artması və alternativ marşrutlara yönəlmə ehtimal nəticə kimi qeyd edilə bilər.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Mart 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see277

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see271

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see255

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see252

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see245

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see237

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see233

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see227

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see227

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see227

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see220

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see218

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see215

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see214

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see212

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see202

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see197

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see193

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see191

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri