Məntəqələr səsvermə üçün AÇILDI
Icma.az, Modern.az saytına istinadən bildirir.
Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.
Modern.az xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.
Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb
29 Yanvar 2025 08:02
Parlament seçkiləri zamanı məntəqələr
13 May 2025 10:15
Qanun pozuntuları aşkarlanan məntəqələr açıqlandı
14 Fevral 2025 17:31
Qərb bölgəsində məntəqələr seçkilərə hazırdır
27 Yanvar 2025 14:03
AQTA nın şöbə müdiri: Məntəqələr heyvanların satışı və kəsimi üçün hazırdır
03 İyun 2025 13:34

