Məntəqəni su basdı, sürücülər çarəsiz qaldı Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.
“Qafqazinfo” xəbər verir ki, elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda avtomobillərini elektriklə təmin etmək istəyənlərin məntəqəyə yaxınlaşa bilmədiyini görmək mümkündür. Problemin ötən axşam yağan yağışdan sonra ortaya çıxdığı bildirilir.
Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazini təmizləmək üçün heç bir iş aparılmır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda yağış sularını kənarlaşdırmaq üçün Bakı Olimpiya Stadionunun drenaj sistemi mövcuddur.
Bakı Olimpiya Stadionunun mətbuat xidməti Fərid Əsədzadə isə saytımıza açıqlamasında qeyd etdi ki, sözügedən ərazi rəsmi olaraq stadionun deyil: “Stadionun parkinqidir, ancaq cavabdeh biz deyilik. Stadiona aid olan ərazi hasarlanıb”.
Sözügedən görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















