Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Menymunçiçəyi qorxuludur? Ən dəqiq əlamətləri

Menymunçiçəyi qorxuludur? Ən dəqiq əlamətləri

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.



Meymunçiçəyi virusu mpox adlı virusun törətdiyi, dəridə qaşınma ilə meydana gələn, qızdırmaya səbəb olan və insandan insana keçə bilən xəstəlikdir. Covid-19 pandemiyasının təsirlərinin hələ aradan qaldırılmadığı bir vaxtda viral xəstəlik kimi ortaya çıxan meymunçiçəyi virusu indi Afrikada fövqəladə vəziyyət elan edəcək dərəcədə pandemiyaya çevrilib.

"Medicina" xəbər verir ki, dəri səpgiləri, qızdırma, limfa düyünlərinin şişməsi, əzələ ağrıları və tənəffüs problemləri kimi əlamətləri özündə cəmləyən virus insandan insana, bəzən də heyvanlardan insana keçə bilən virusdur. Xüsusi müalicəsi olmayan bu virusa qarşı istifadə edilən dərmanlar virusun yaratdığı simptomları və şikayətləri aradan qaldırmaq üçündür. Lakin uşaqlar üçün Engystol, böyüklər üçün Pascorbin güclü təsiri ilə immun sisteminin artmağına səbəb olur və virusa yoluxmanın qarşısını ala bilər.

Meymunçiçəyi virusu nədir?

Qızdırma, baş ağrısı, limfa düyünlərinin şişməsi, əzələ ağrısı və yorğunluq meymunçiçəyi virusunun səbəb olduğu simptomlardır. Digər tipik bir simptom olan səpgilər adətən üzdə, əllərdə, ayaqlarda və ağızda görünür və bir müddət sonra maye ilə dolu yaralara çevrilir.

Bu virusu hazırda müşahidə edilməyən çiçək xəstəliyinə səbəb olan variola virusu ilə eyni virus ailəsindən olsa da, onun təsirləri daha yüngül və nadir hallarda ölümcül olur. Bu xəstəlik “Meymunçiçəyi xəstəliyi” adlandırılsa da, xəstəliyin mənbəyi bilinmir, lakin məlumdur ki, Afrika gəmiriciləri və insan olmayan primatların (məsələn, meymunlar) daha çox olduğu yerlərdə virus geniş vüsət alır və insanlara yoluxur.

Bu virus ilk dəfə 1970-ci ildə qeydə alınsa da, dünya bu virusun adını 2022-ci ildə epidemiya ilə eşidildi. Bu, adətən 2-4 həftə davam edən simptomlarla özünü məhdudlaşdıran bir xəstəlikdir. Ümumi simptomları qızdırma, qaşınma, dərinin qabıqlanması, şişkin limfa düyünləri olan bu virus xəstəliyin şiddətindən asılı olaraq ağır vəziyyətlərə səbəb ola bilər.

Meymunçiçəyi virusunun patogeni. Virus Poksviridae ailəsindən olan Orthopoxvirus növlərinə aid ikiqatlı DNT virusudur. İki fərqli genetik seqmentə malik olan bu virus da Mərkəzi Afrikadan (Konqo hövzəsi) gəlir və daha yoluxucu və təsirli olduğu bilinir.


Meymunçiçəyi virusu necə ötürülür?

Meymunçiçəyi virusu yoluxmuş şəxslə öpüşmək və cinsi əlaqədə olmaq, damcı yolu ilə yayılmasına imkan verən yaxınlıqda uzun müddət üz-üzə danışmaq, paltar, ayaqqabı və s. kimi əşyalardan istifadə etmək dəridən-dəriyə təmasla keçə bilər. Yoluxmuş şəxsin toxunduğu çarşaf və dəsmallar da xəstəliyin yayılmasına səbəb ola bilər. Həmçinin xəstə heyvanın dərisini soymaq, dişləmək, maye və ya heyvan tullantıları ilə birbaşa təmasda olmaq və heyvan ətini yeməklə də heyvanlardan insanlara keçə bilər. Virusun daha çox yayıldığı heyvanlar isə dələ, siçovul və siçan kimi kiçik vəhşi heyvanlardır.

Virus aşağıdakı yollarla ötürülür:

• Üz-üzə söhbət zamanı nəfəs

• Dəri təması (toxunma, öpüşmə, cinsi əlaqə)

• Uzun müddətli sıx təmasda tənəffüs damcılarının yayılması

• Yataq paltarları kimi çirklənmiş əşyalarla təmasda olmaq

• Hamiləlik və doğuş zamanı və sonrasında anadan körpəyə və yaxın təmas yolu ilə keçə bilər.

• Heyvan tüpürcəyi, o heyvanın ətini dişləmək və ya yemək də heyvandan insana keçir.

Meymunçiçəyi virusunun simptomları hansılardır?

Meymunçiçəyi virusunun simptomlarına səpgi, qızdırma, boğaz ağrısı, limfa düyünlərinin şişməsi, baş ağrısı və əzələ ağrıları daxildir.

Xəstəliyin törətdiyi səpgilər qaşınma xarakteri daşıyır və adətən üzdən başlayır və bütün bədənə, o cümlədən ovuclara və ayaqlara yayılır.

Virusun səbəb olduğu simptomlara aşağıdakılar daxildir:

• Üzdə, ağızda və əllərdə, ayaqlarda, sinədə, cinsiyyət orqanlarında və ya anusda sızanaq və ya qabarcıqlara bənzəyən səpgi

• Limfa düyünlərində şişkinlik

• İmmunitetin düşməsi

• Əzələ və bel ağrısı

• Baş ağrısı

• Tənəffüs problemləri (öskürək, burun tıkanıklığı)

• Üşümə və titrəmə

Meymunçiçəyi virusu ilə müşahidə olunan səpgi ağrılı ola bilən düz, qırmızı qabar kimi görünə bilər. Bu şişkinliklər daha sonra irinlə dolu qabarcıqlara çevrilir, daha sonra qabıqlanır və tökülür. Bütün proses iki-dörd həftə çəkə bilər.


Meymunçiçəyi virusunun simptomlarının görünməsi üçün nə qədər vaxt lazımdır?

Meymunçiçəyi virusunun simptomları adətən virusa yoluxduqdan sonra 3 həftə ərzində görünür və əgər insan qrip kimi meymunçiçəyi simptomlarından hər hansı birini göstərməyə başlayırsa, səpgi adətən 1-4 gündən sonra inkişaf edir.

Xəstəliyə dair məlumatlar da göstərir ki, insanlar virusu simptomlar göstərməyə başlamazdan 4 gün əvvəl də yoluxa bilərlər.

Meymunçiçəyi virusunun diaqnozu necə qoyulur?

Meymunçiçəyi virusunu aşkar etmək üçün test tələb olunur, çünki o, suçiçəyi, qızılca, bakterial dəri infeksiyaları, qaşınma, herpes və sifilis kimi xəstəliklərin səbəb olduğu simptomlara bənzər simptomlar göstərir. Virus dəri qatından götürülmüş nümunə toxumasında aparılan PCR (polimeraza zəncirvari reaksiya) testi ilə diaqnoz edilə bilər. Dəridə yara yoxdursa və oradan nümunə götürmək mümkün deyilsə, anal və ya rektal tampon götürərək müayinədən keçmək mümkündür.

Bundan əlavə, immun sisteminizin antikor istehsal edib-etmədiyini müəyyən etmək üçün qan testi də tələb oluna bilər.

Meymunçiçəyi Virusundan Necə Qorunmaq olar?

Nəzarət, yəni virusun sistematik müşahidəsi və yeni halların tez müəyyən edilməsi epidemiyaya nəzarət etmək üçün çox vacibdir. Epidemiya zamanı yoluxmuş şəxslərlə yaxın təmas virus infeksiyası üçün ən mühüm risk faktorudur.

Bu virusun nadir olmasına baxmayaraq, xüsusilə səyahət zamanı yoluxma riskini minimuma endirmək üçün bu ehtiyat tədbirlərini görmək lazımdır:

• Peyvənd olun (çiçək xəstəliyinə qarşı hazırlanmış peyvəndlər həm də meymunçiçəyi xəstəliyindən qoruyur.)

• Virus əlamətləri göstərən insanlardan uzaq durun, xüsusilə dəri ilə təmasdan qaçın.

• Xəstə olduğunu bildiyiniz adamın yataq dəstinə, dəsmalına və paltarına toxunmayın.

• Əgər xəstə biri ilə təmasda olmusunuzsa, əllərinizi tez-tez sabun və su ilə yumağınızdan əmin olun və ya spirt tərkibli əl dezinfeksiyaedici ilə təmizləyin.

• Virus daşıya bilən heyvanlardan çəkinin.

Meymunçiçəyi Virusunu necə müalicə etmək olar?

Meymunçiçəyi virusunun xüsusi müalicəsi yoxdur, lakin çiçək xəstəliyinə bənzərliyinə görə, çiçək xəstəliyindən qorunmaq üçün hazırlanmış antiviral dərmanlar (məsələn, Helixor, Euphorbium və s.) xəstəliyin müalicəsində istifadə edilə bilər. Virusa yoluxmuş şəxsdə müalicənin məqsədi xəstəliyin səbəb olduğu ağrı və yaralar kimi simptomları aradan qaldırmaqdır. Lakin uşaqlar üçün Engystol, böyüklər üçün Pascorbin güclü təsiri ilə immun sisteminin artmağına səbəb olur və virusa yoluxmanın qarşısını ala bilər.

Xəstəliyin əlamətlərini özünüzdə hiss etsəniz, dərhal bir tibb müəssisəsinə müraciət etmək və erkən müalicə almaq çox vacibdir.

Meymunçiçəyi ilə suçiçəyi arasındakı fərq nədir?

Oxşar simptomları olan iki xəstəlik arasında aşağıdakı əsas fərqlər var:

• Meymunçiçəyi ortopoks virusu, suçiçəyi isə herpes virusudur

• Suçiçəyi çox daha yoluxucudur və daha sürətli yayılır

• Suçiçəyi adətən 2 həftə ərzində sağaldığı halda, meymun xəstəliyinin sağalma müddəti 2-4 həftə arasındadır.

Meymunçiçəyi virusu öldürücüdürmü?

Çiçək xəstəliyindən daha yüngül olan meymunçiçəyi virusunda ölüm nadir hallarda müşahidə edilsə də, bəli, ölümlə nəticələnən hallar var. Ancaq hər hansı bir əlamət hiss edilərsə, tez bir həkimə müraciət etsəniz, sağalma şansınız daha yüksəkdir.

Meymunçiçəyi virusunu müalicə etmək üçün nə qədər vaxt lazımdır?

Virusun bərpa müddəti təxminən iki-dörd həftədir, bu onun normal gedişatıdır. Virusla təmasda olduqda səpgi quruduqda və düşdüyündə, bu, adətən xəstəliyin keçdiyini bildirir.

İnsandan insana yoluxma riskini azaltmaq üçün nə etmək lazımdır?

Hazırda mövcud olan məlumatlara görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, virusun yaratdığı xəstəliyin əlamətlərini göstərən insanlarla yaxın təmas qurulmamalı və bu xəstələr təcrid olunmalıdır.

Heyvandan insana yoluxma riskini necə azaltmaq olar?

Sözügedən virusdan qorunmaq üçün xəstə heyvanlar və onların toxumaları ilə təmasdan çəkinmək lazımdır. Əgər təmas olarsa, bu zaman əlcəklər və digər qoruyucu geyimlər geyilməlidir. İnsanların mümkün qədər yoluxmuş heyvanlardan uzaq durması vacibdir.

Meymunçiçəyi virusu yeni xəstəlikdirmi?

Virusun yaratdığı xəstəlik yeni deyil. 1958-ci ildə meymunlarda görülən virusla əlaqəli xəstəlik ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında insanlarda görünməyə başlayıb.

Virus insanlara daha çox meymunlardan keçir?

Adındakı “meymun” sözü virusun yalnız meymunlardan keçdiyi qənaətinə gəlməməlidir. Xəstəlik meymunlardan çox siçan, siçovul və dələ kimi gəmiricilərdən keçə bilər.


Cinsi əlaqə bu xəstəliyi artırır?

Meymunçiçəyi virusu insanlara damcıların "yaxın təmasda" ötürülməsi nəticəsində yoluxur. Ümumdünya Səhiyyə Təşkilatından verilən açıqlamada meymunçiçəyi virusunun cinsi əlaqə yolu ilə də yayıldığı bildirilib. Lakin bu o demək deyil ki, xəstəlik yalnız cinsi yolla keçən bir xəstəlik olduğu düşünülməməlidir.

Meymunçiçəyi virusu ən çox necə ötürülür?

Xəstəliyin insanların birlikdə və izdihamlı gedə biləcəyi qapalı yerlərdən, ictimai istifadə üçün qapalı hovuzlardan, saunalardan, buxar otaqlarından, türk hamamlarından və cakuzilərdən keçmə ehtimalı var. Mümkünsə, xəstəlikdən şübhələnənlər bu ərazilərə getməsinlər. Xüsusilə, hamamlarda xəstəlikdən şübhələnən insanlarla yaxın təmasdan qaçınılmalı, köpük masajı, skrab kimi tətbiqlər edilməməlidir.


AYGÜN MUSAYEVA

MEDİCİNA.AZ


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 21 Yanvar 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri