Menyularda gizli detallar İstehlakçılar niyə aldanır?
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda restoran və kafe sektorunda istehlakçılarla bağlı narazılıqlar son illər artmaqda davam edir. Bəzi məkanlarda qiymət və xidmət şəffaflığı ilə bağlı ciddi suallar ortaya çıxır. Vətəndaşlar göstərilən xidmətlə ödənilən məbləğ arasında uyğunsuzluqlardan tez-tez şikayətlənirlər. Xüsusilə menyu təqdimatı və məhsul tərkibi ilə bağlı məlumatların kifayət qədər aydın olmaması diqqət çəkir.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə hüquqi boşluqların mövcud olduğunu bildirib:
“Azərbaycanda bütün biznes qurumları üçün müəyyən mənada toxunulmazlıq şəraiti formalaşıb. Bu da istehlakçı hüquqları məsələsinin arxa plana keçməsinə səbəb olur. Nəticədə biznes subyektləri istehlakçılarla istədikləri kimi davranırlar. Təəssüf ki, bunun nəticəsində daha da qeyri-adi hallar ortaya çıxacaq. pizza sifarişi
Qanunvericilik bu sahəni yetərincə tənzimləmir. Məsələn, biznes qurumları məhsulun tərkibini və təqdimat formasını istədikləri kimi müəyyən edə bilirlər; yemək və ya içkiyə aid məlumatları ayrıca da göstərə bilirlər, ümumiyyətlə qeyd etməyə də bilərlər. Yəni bu sahədə sistemli və pozitiv hüquqi tənzimləmə kifayət qədər deyil”.
E. Hüseynov bildirib ki, məhsulun çəkisi və keyfiyyəti ilə bağlı istehlakçı hüquqlarının pozulması halları müşahidə olunsa da, bu sahədə nəzarət mexanizmi zəif qalır:
“Əslində, məhsulun çəkisi və keyfiyyəti ilə bağlı istehlakçı hüquqları pozulsa da, buna lazımi nəzarət yetərli səviyyədə deyil. Çox təəssüf ki, istehlakçı hüquqları getdikcə zəifləyir.
İstehlakçılar bu hallarla bağlı araşdırma və şikayətlərini Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər. Əlaqə nömrəsi: 012-599-76-00”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 14 İyun 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















