Mənzilin sahəsi neçə hesablanmalıdır, çöldən, yoxsa daxildən? Ekspert rəyi
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Əsas məsələ ölçünün çöldən, yoxsa içəridən aparılmasıdır. Bu qayda çıxarışlı ev və mənzillərə aid deyil. Çünki çıxarışda hansı sahə göstərilibsə, ölçü də həmin göstəriciyə əsasən aparılır".
Bunu "Yeni Sabah"a əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib.
O, daşınmaz əmlak bazarında mənzil və ya fərdi ev sahəsinin hesablanması ilə bağlı mübahisələrə aydınlıq gətirib. Dördpendirli pizza
Qeyd edək ki, bəzi satıcılar evin sahəsini xarici divarlar da daxil olmaqla, hesablayır, digərləri yalnız daxili istifadə sahəsini əsas götürür.
E.Azadov bununl bağlı qeyd edib: "Fərdi və köhnə evlərin sökülməsi zamanı fərqli hallar yaranır. Məsələn, şəhərin mərkəzində yerləşən bəzi həyət evlərinin xarici divarlarının qalınlığı 70-80 santimetr, hətta 1 metr ola bilir. Belə hallarda yanaşma fərdi qaydada müəyyən edilir. Çünki həmin divarların qanuni olması əmlakın dəyərinə təsir göstərə bilər.
Yeni tikililərə gəldikdə isə, tikinti şirkətləri mənzilləri satarkən sahəni xarici və daxili divarlarla birlikdə hesablayırlar. Lakin bu, qanunvericiliyin tələblərinə uyğun deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, mənzilin sahəsi hesablanarkən xarici və daxili divarların sahəsi nəzərə alınmamalıdır. Balkon və terras sahələri isə müəyyən edilmiş əmsallarla hesablanmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 İyun 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















