Mənzilində heyvan saxlayanlara XƏBƏRDARLIQ 200 manat cərimələnə bilərsiniz!
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Son illər evdə heyvan saxlamaq dəb halını alıb. Bir çox insanlar evdə it, pişik, müxtəlif quşlar və balıqlar saxlayırlar. Bəzi hallarda isə bu quşlar və heyvanlar ictimai narazılıq yaradır. Zamansız və hündürdən gələn heyvan və quş səsləri sakinləri narahat edir. Onların ifrazatından yayılan pis qoxu da narazılıqlara səbəb olur.
Elə isə qanun çoxmərtəbəli yaşayış binasındakı mənzildə neçə heyvan saxlamağa icazə verir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Fuad Rüstəmli deyir ki, çoxmərtəbəli binalardakı mənzildə, İnzibati Xətalar Məcəlləsinə əsasən 1 it və yaxud 2 pişik saxlamağa icazə verilir.
“Bu mənada mənzildə 2 it və yaxud 3 pişik saxlanılması qanun pozuntusudur. Ona görə də əgər itinizin balaları olubsa və ya sizə əlavə ev heyvanı hədiyyə edilibsə, bu zaman say həddini aşmamaq üçün həmin heyvanları ya sığınacağa təhvil vermək, ya da başqa bir şəxsə hədiyyə etmək lazımdır. Çünki say həddinin pozulması inzibati xəta sayılır və buna görə vətəndaş 200 manat məbləğində cərimələnə bilər”.
Müsahibimiz onu da qeyd edib ki, evdəki hər bir heyvanın baytar nəzarətində olması məcburidir:
“Bundan əlavə, heyvan saxlanılan evdə sanitar vəziyyət daim gözlənilməlidir. Mənzil və binanın giriş-çıxış yerləri davamlı olaraq dezinfeksiya edilməlidir. Çünki ev heyvanlarının saxlanılması nəticəsində pis qoxu yayılması, ətraf mühitin çirklənməsi və ya qonşulara narahatlıq yaradılması hallarında da qanun pozuntusu hesab edilir. Bu kimi hallara görə mənzil sahibi 200 manat cərimələnə bilər”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 28 Avqust 2025 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















