“Meqa Həyat Sığorta”nın aktivləri 26% ə yaxın azalıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ildə “Meqa Həyat Sığorta” ASC-nin aktivləri 25,7% azalaraq 35,8 milyon manat təşkil edib.
“APA-Economics” bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
Hesabat dövründə “Meqa Həyat Sığorta”nın xərclərində kəskin artım qeydə alınıb. Belə ki, 2025-ci ildə şirkətin cəmi xərcləri 2 dəfə artaraq 12,6 milyon manat təşkil edib. Ümumi xərclərin artımına əsas səbəb işlərin aparılması xərcləri və qaytarılan sığorta haqları üzrə xərclərin həcminin 2024-cü illə müqayisədə kəskin artması olub. Belə ki, ötən il işlərin aparılması xərcləri 44% çoxalaraq 6,1 milyon manata, qaytarılan sığorta haqları üzrə xərclər isə 2 dəfəyə yaxın artaraq 1,3 milyon manata yüksəlib.
Ötən il şirkətin valyuta hesabı da 3,6% azalaraq 17,7 milyon manat təşkil edib.
Şirkət dövr ərzində 943 min manat mənfəət vergisi ödəyib ki, bu isə illik müqayisədə 2,5 dəfə çoxdur.
Bundan əlavə, dövr ərzində ASC-nin öhdəlikləri 42,8% azalaraq 19,6 milyon manata enib, balans kapitalı isə 15,9% artaraq 16,2 milyon manata yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 10 Aprel 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















