Meqan Markla yeni məhsuluna görə psixi xəstə damğası vurulub
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Sasseks hersoginyası Meqan Markl şərab satdığına görə tənqid olunub.
Oxu.Az xəbər verir ki, bu barədə şərhlər "People" saytında dərc edilib.
Meqan Markla məxsus "As ever" brendi "Instagram"da "Sovinyon-blan" şərabını təqdim edib. Əməkdaşlar üzərinə markanın etiketi vurulmuş ağ şərab şüşəsinin fotosunu dərc ediblər. Ağ şərabın bir şüşəsinin qiymətinin 30 dollar olduğu bildirilib.
Lakin internet istifadəçiləri yeni məhsula mənfi reaksiya veriblər.
"Gör ha, daha bir şərab brendi! Məgər daha birinə ehtiyac varmı?", "Mənə belə gəlir ki, onun IQ göstəricisi çox aşağıdır və düşünürəm ki, o, hər hansı bir diqqət, hətta xoşagəlməz diqqət görəndə özünü xoşbəxtlikdən göyün yeddinci qatında hiss edir!", "Onun psixi xəstə olduğu göz qabağındadır, narsissizm səviyyəsi isə sərhəd tanımır. Əgər onun barəsində realiti-şou təşkil etsəydilər, bu, yəqin ki, son dərəcə gülünc olardı", - deyə "People" oxucuları məsələyə münasibət bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















