Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Məqsəd Azərbaycan Türkiyə münasibətlərini zədələməkdir EKSPERT

Məqsəd Azərbaycan Türkiyə münasibətlərini zədələməkdir EKSPERT

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Hər birimiz, xüsusilə jurnalistlər və media nümayəndələri məsuliyyətli olmalı, hər xəbəri dəqiqləşdirmədən paylaşmamalıyıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın ölmüş əsgərlərinin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı edilməsi ilə bağlı qərarı həqiqəti əks etdirmir.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Rəsmi açıqlamada bu iddiaların tamamilə əsassız olduğu bildirilib:

"İctimaiyyət ölkə və Azərbaycan-Türkiyə münasibətlərinə yönələn dezinformasiyalara etibar etməməli, yalnız rəsmi orqanların verdiyi açıqlamalara əsaslanmalıdır".

Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lərdə və sosial media platformalarında Rəcəb Tayyib Ərdoğanın Ermənistanın ölmüş əsgərlərinin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı edilməsi ilə bağlı qərar qəbul etdiyi xəbərləri yayılmışdı.

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a açıqlamasında bildirib ki, yayılan dezinformasiyaların əsas məqsədi Azərbaycan-Türkiyə münasibətlərini zədələməkdir:

“Bizə qarşı olan, birliyimizi istəməyən qüvvələr aramıza nifaq salmağa çalışır. Yerli-yersiz məlumatlar əsasında yayılan saxta xəbərlər toplumda çaşqınlıq yaradır. Təəssüf ki, bəzən media və sosial şəbəkələr belə xəbərlərin doğruluğunu yoxlamadan tirajlayırlar”.

A. Həsrət vurğulayıb ki, Qardaş Türkiyə Birinci Qarabağ müharibəsindən bu yana açıq şəkildə bəyan edib ki, Ermənistanla münasibətlər yalnız Azərbaycanın istəyi və razılığı əsasında bərpa olunacaq: “Azərbaycan hər hansı bir addım atmaq qərarına gəlsə, Türkiyə də həmin addımı dəstəkləyəcək. Bu mövzu ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan və digər yüksək səviyyəli rəsmilər dəfələrlə mövqelərini açıqlayıblar. Belə bir şəraitdə ortaya çıxan yanlış məlumatlar Azərbaycan cəmiyyətində haqlı olaraq böyük təəccüb doğurur. Sağ olsun, Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məsələyə aydınlıq gətirərək bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir daha əmin olduq ki, qardaş Türkiyə Azərbaycanla məsləhətləşmədən Ermənistana maliyyə yardımı edəsi deyil”. 

Siyasi şərhçi hesab edir ki, Azərbaycan, Türkiyə və dost-qaradaş olan digər ölkələrin mediaları bundan sonra daha ehtiyatlı olmalı, əmin olmadıqları xəbərləri paylaşmamalıdır: “Bu cür dezinformasiyalar yenidən yayılacaq. Xüsusilə İran ətrafında baş verən hadisələr fonunda bu cür xəbərlərə qarşı xüsusi diqqətli olmalıyıq. Çünki dezinformasiyalar yalnız ictimaiyyəti çaşdırmaqla qalmır, həm də xarici siyasətə təsir etmək məqsədi daşıyır. Azərbaycan-Türkiyə birliyi strateji əhəmiyyət daşıyır. Bu birliyi zəiflətmək istəyən qüvvələr saxta xəbərlərlə ictimai rəy formalaşdırmağa çalışır. Ona görə də hər birimiz, xüsusilə jurnalistlər və media nümayəndələri məsuliyyətli olmalı, hər xəbəri dəqiqləşdirmədən paylaşmamalıyıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Yanvar 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri