Icma.az
close
up
RU
“Məqsədimiz finala yüksəlməkdir” Nayka Benitesin ə AÇIQLAMASI

“Məqsədimiz finala yüksəlməkdir” Nayka Benitesin ə AÇIQLAMASI

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın qadın voleybol komandaları arasında Yüksək Liqanın 10-cu turunda ölkənin son çempionu “Azərreyl” gərgin mübarizədə “Gəncə”yə 1:3 hesabı ilə məğlub olub (19:25, 25:21, 19:25, 23:25).

“Azərreyl”in kapitanı Nayka Benites komandanın son oyununu İdman.Biz-ə şərh edib:

“Bu, bizim üçün çətin oyun oldu. Bəzi oyunçular hələ də heyətdə yox idi, ona görə də asan deyildi”.

Bu mövsüm “Azərreyl”in çıxışlarında çətinliklər və qeyri-sabitlik müşahidə olunur. N. Benitesin sözlərinə görə, “yüksəliş” və “enmə”lərin növbələşməsi daimi zədələr və oyunçu çatışmazlığı ilə bağlıdır: “Biz hələ də komandanı tam şəkildə bir araya gətirə bilməmişik. Amma məqsədimiz dəyişməz qalır – finala çıxmaq”.

Puerto-Rikodan olan libero artıq ikinci mövsümdür komandada çıxış edir. O, çempionluq mövsümünü hazırkı mövsümlə müqayisə edib: “Keçən mövsüm xeyli fərqli idi. Düşünürəm ki, o vaxt daha asan idi, çünki inkişaf etmək üçün lazım olan bütün resurslarımız var idi. Bu mövsümə hazırlaşmaq isə çətin oldu”.

Kapitan qeyd edib ki, bu rol böyük məsuliyyət tələb edir: “Kapitan olmaq asan deyil. Amma komanda yoldaşlarım bunun öhdəsindən gəlməyə kömək edirlər”.

Naika Benites Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu vurğulayıb, eyni zamanda inkişaf üçün imkanların mövcudluğunu da qeyd edib: “İnanıram ki, liqa potensialından istifadə edərək daha da yaxşı və tamaşaçılar üçün daha cəlbedici ola bilər. Onun böyük perspektivləri var”.

Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası Azərbaycanın son üç çempionatının qalibi olub.

Leyla Eminova

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri