Icma.az
close
up
RU
Məqsədimiz gələcəyin qurucularını yetişdirməkdir Təranə Əliyeva

Məqsədimiz gələcəyin qurucularını yetişdirməkdir Təranə Əliyeva

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər ərzində bir sıra təhsil müəssisələri mühüm addımlar ataraq uğurlu nəticələr əldə ediblər. Onlardan biri də Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecidir.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Peşə Hazırlığı Şöbəsinin müdiri Təranə Əliyeva Metbuat.az-a açıqlamasında bildirib ki, təhsil ocağının 2024–2025-ci tədris ilində əldə etdiyi uğurlar həm kollektivin, həm də tələbələrin yüksək səviyyəli fəaliyyətinin nəticəsidir:

“Son dövrlərdə kollektivimizin və tələbələrimizin qazandığı uğurlar doğru atılan möhkəm addımların bariz nümunəsidir. 2024–2025-ci tədris ilində bir sıra yerli və beynəlxalq layihələrdə fəal iştirak etdik. Xüsusilə iştirak etdiyimiz təhsil və sosial yönümlü layihələrdə əldə etdiyimiz sertifikatlar və diplomlar kollektivimizin peşəkarlığını bir daha sübut edib.

Eyni zamanda tələbələrimizin fərdi uğurları da xüsusi vurğulanmalıdır. Sevindirici haldır ki, tələbələrimizdən bir neçəsi bu il nüfuzlu beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək təhsil müəssisəmizin adını yüksək səviyyədə təmsil ediblər.

Tələbəmiz Həsən Ələkbərzadə İlkin oğlu Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində oxuduğu müddətdə bir sıra tədbir və olimpiadaların iştirakçısı olub. ADA məktəbinin süni intellekt üzrə Respublika Olimpiadasında Azərbaycandan və 6 xarici ölkədən iştirakçılar yarışda biliklərini sınayıb. Qürurverici haldır ki, Ə.Həsənin təqdim etdiyi layihə olimpiadanın ən yaxşı 10 layihəsi sırasına daxil olub və yüksək qiymətləndirilib”.

Təranə Əliyeva qeyd edib ki, təhsil ocağının məqsədi yalnız bilik ötürmək deyil, eyni zamanda gələcəyin liderlərini, yenilikçi düşüncəyə malik vətəndaşlarını formalaşdırmaqdır:

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika ifa müsabiqəsində 5 vi qrup tələbəsi Sadıqova Naibə Ağa qızı rəqs üzrə ikiinci yerə, şeir nominasiyası üzrə tələbəmiz Qarayeva Aysu Adil qızı üçüncü yerə layiq görülüb.

Bakıda keçirilən futbol turnirində Nəsirov Zaur Əli oğlu “Ən yaxşı oyunçu” adına layiq görülərək qızıl medal və kubok qazanıb. Atletika üzrə 96-cı Yay Azərbaycan çempionatında isə tələbəmiz Vahid Kərimov 5 km məsafəyə qaçışda ikinci yerin qalibi olub.

Qeyd edim ki, atdığımız hər bir addım tələbələri daha da böyük zirvələrə aparacaq. Çünki, təhsil – bir yol deyil, gələcəkdir. Müəllimlər isə bu gələcəyin qurucularıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri