Məqsədimiz imtahanı özünüdərk alətinə çevirməkdir Məleykə Abbaszadə
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rəqəmsal dövrdə yalnız toplanmış biliklərin həcmini qiymətləndirmək artıq kifayət etmir. Bizim konseptual baxışımız şəxsiyyətin kompleks qiymətləndirilməsinə, yəni “Holistic Assessment”ə yönəlib”.
Redaktor.az xəbər verir ki, bu fikirləri bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, DİM-in əsas prioriteti insan mərkəzli yanaşmadır: “Hər bir alqoritmin arxasında şəxsiyyəti görürük. Məqsədimiz hər bir iştirakçının gələcək inkişafı ilə bağlı aydın bir istiqamət əldə edə bilməsi üçün imtahanı özünüdərk alətinə çevirməkdir”.
Onun sözlərinə görə, respublika üzrə təxminən 15 min təşkilatçı (imtahan rəhbərləri və nəzarətçilər), müxtəlif sahələr üzrə 7 min ekspert və 5 min müəllif və marker, sistemin əsasını qoymuş müəllimlər, metodistlər və veteranlar imtahanların təşkilində iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 Aprel 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















