Mer çıxış edərkən başına göyərçin batırdı VİDEO
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın paytaxtı Madridin Meri Xose Luis Martinez-Almeyda açılışda çıxış edərkən başına quş batırıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə mətbuat azadlığı uğrunda mübarizədə həlak olan jurnalistlərə həsr olunmuş abidənin açılışı zamanı baş verib.
Mer əlini başına aparıb və onun əli də çirklənib.
Göyərçin gözlənilməz "müdaxiləsi" ilə çıxışı kəsilən mer hadisəyə zarafatla reaksiya verib.
"Aramızdakı fərqliliklər nə olursa olsun həqiqətlərin üstünlüyü hər zaman ali qalmalıdır. Və təbii ki, başqa bir şey ola bilməzdi. Bir göyərçinin tam da dünən etdirdiyim saç düzmünün üzərinə eniş etmə fikri ağlına gəlib. Görürsünüz? Bu, uğur gətirir. Şansımız açıq olsun”, - deyə o söyləyib.
Almeyda daha sonra bir işçinin gətirdiyi dəsmalla başını silib.
Hadisə mərasimdə iştirak edənlər arasında gülüşə səbəb olub.
Açılış proqramı planlaşdırıldığı kimi davam edib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 Mart 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















