Mərakeş Kralı Sahel Dövlətlər Alyansının XİN başçıları ilə görüşüb
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mərakeş Kralı VI Məhəmməd Rabatdakı Kral Sarayında Sahel Dövlətləri Alyansının üç üzv dövlətinin xarici işlər nazirlərini qəbul edib.
525.az xəbər verir ki, qəbulda Burkina Fasonun Xarici işlər, regional əməkdaşlıq naziri Jan Mari Traore, Mali Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop və Nigerin keçid hökumətinin Xarici işlər, əməkdaşlıq naziri Bakari Yaou Sanqare iştirak ediblər.
Bu görüş Krallığın Sahel Dövlətləri Alyansının üç qardaş ölkəsi ilə uzunmüddətli və möhkəm əlaqələri, səmimi dostluq, qarşılıqlı hörmət, fəal həmrəylik və səmərəli əməkdaşlığa əsaslanan münasibətlər çərçivəsində baş tutub.
Alyansın xarici işlər nazirləri Krala Sahel bölgəsinə davamlı diqqətinə, eləcə də regionun və onun xalqlarının iqtisadi və sosial inkişafına yönəlmiş kral təşəbbüslərinə görə dərin minnətdarlıqlarını çatdırıblar. Onlar Mərakeş Kralının Sahel ölkələrinin Atlantik okeanına çıxışını asanlaşdırmaq üçün irəli sürdüyü təşəbbüsü xüsusilə yüksək qiymətləndirərək, bu strateji layihənin sürətlə həyata keçirilməsinə tam dəstək və sadiqliklərini ifadə ediblər. Bundan əlavə, nazirlər üç üzv dövlət arasında inteqrasiya və koordinasiya üçün çərçivə kimi yaradılmış Sahel Dövlətlər Alyansının institusional və əməliyyat tərəqqisi haqqında məlumat veriblər.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















