Mərakeş kralı VI Məhəmməd çağırış etdi: Bu il ölkədə qurban kəsilməsin
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mərakeş kralı VI Məhəmməd iqlim dəyişikliyindən qaynaqlanan quraqlıq və iqtisadi səbəblərə görə bu il ölkədə qurban kəsilməməsinə çağırış edib və bu ibadəti Mərakeş xalqı adından özünün icra edəcəyini bəyan edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Kral VI Məhəmmədin bununla bağlı xalqa mesajı Mərakeşin dini işlər və vəqflər naziri Əhməd əl-Tevfik tərəfindən dövlət televiziyasında səsləndirilib.
Mesajda bildirilib ki, ölkə iqlim və iqtisadi çətinliklərlə üzləşib, bu da heyvanların sayında əhəmiyyətli dərəcədə azalmalara səbəb olub.
Həmçinin qurban kəsməyin mümkün olduqca yerinə yetirilməsinin vacib olduğu, lakin mövcud çətinliklər qarşısında, xüsusilə cəmiyyətin aztəminatlı təbəqələri üçün böyük yük ola biləcəyi vurğulanıb.
Ölkə rəhbərliyi üzərinə düşən məsuliyyət və dini vəzifələrin asanlaşdırılması öhdəliyinə uyğun olaraq, xalqa bu il qurban kəsməkdən çəkinmələri ilə bağlı çağırış edib.
Mesajda, həmçinin Qurban bayramının hərzamankı kimi, ənənəvi olaraq qeyd olunacağı da nəzərə çatdırılıb.
Qeyd edək ki, Mərakeşdə daha əvvəl də üç dəfə qurban kəsmə ibadətindən imtina edilib. 1963, 1981 və 1996-cı illərdə insanlardan qurban kəsməkdən çəkinmələri istənilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 27 Fevral 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















