Mərakeş sahillərində köməksiz vəziyyətdə qalan azərbaycanlılarla bağlı ŞAD XƏBƏR
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərakeş sahillərində köməksiz vəziyyətdə qaldıqları ilə bağlı redaksiyamıza müraciət edən bir qrup azərbaycanlı dənizçi üzləşdikləri problemin həllində irəliləyiş olduğunu bildirib.
Oxu.Az-a yenidən müraciət edən şikayətçi dənizçilər məsələ ictimailəşəndən sonra onların bütün tələblərinin yerinə yetiriləcəyinə söz verildiyini deyiblər.
"Lady Mina" gəmisinin kapitanlarından olan Samir Əminovun sözlərinə görə, şirkət əməkhaqqılarının ödənəcəyini və heyətin üzləşdiyi çətin durumun yaxın vaxtlarda həll olunacağını bildirib:
"Bizə bildirildi ki, heyətin düçar olduğu çətin vəziyyət tam şəkildə aradan qaldırılacaq".
Qeyd edək ki, bir qrup azərbaycanlı dənizçi Mərakeş sahillərində köməksiz vəziyyətdə qaldıqlarını iddia edərək redaksiyamıza müraciət edib. Onlar üç aydan artıqdır ki, əməkhaqqılarını almadıqlarını, bundan əlavə, 1989-cu ildə inşa edilmiş gəminin əsas mühərrikində ciddi texniki nasazlıqların mövcud olduğunu və Atlantik okeanı üzrə planlaşdırılan marşrutda təhlükəsizliyin sual altına alındığını bildiriblər.
Ekipaj üzvləri gəmidə təcili yoxlamanın aparılmasını, gecikdirilmiş əməkhaqqılarının ödənilməsini və Azərbaycan və Gürcüstana repatriasiya olunmalarını tələb ediblər.
Mərahim Nəsib
Baxış sayı:27
Bu xəbər 27 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















