Mərakeşdə 26 cı beynəlxalq Tatuan Ud festivalı keçiriləcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 27 may, AZƏRTAC
Mayın 29-da Mərakeşin Tatuan şəhərində "Tolerantlığın şüaları" şüarı altında 26-cı Beynəlxalq Ud Festivalının açılış tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Tatuanın 2026-cı ildə Aralıq dənizi hövzəsi üzrə “Mədəniyyət və Dialoq Paytaxtı” elan edilməsi çərçivəsində həyata keçirilir.
Üç gün davam edəcək festivalda müxtəlif təqdimatlar və mədəni proqramlar nümayiş olunacaq. Eyni zamanda, məşhur Çin ud aləti olan "Pipa" haqqında master-klass və Mərakeş-Əndəlus ud aləti ilə bağlı təqdimatlar olacaq, eləcə də musiqinin müşayiəti ilə şeir gecəsi keçiriləcək.
Festivalda Avstraliya, Misir, Çin, Türkiyə, İspaniya, Suriya, Mərakeş və digər ölkələrdən musiqiçilər iştirak edəcəklər.
Bundan başqa, festival çərçivəsində ud alətində ifa edən seçilən musiqiçilər təltif ediləcəklər. Həmçinin tədbirdə “Ziryab Bacarıq Mükafatı” təqdim olunacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 27 May 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















