Icma.az
close
up
RU
Mərakeşdə “Z nəslinin üsyanı”: Ədliyyə Nazirliyinin binasını...

Mərakeşdə “Z nəslinin üsyanı”: Ədliyyə Nazirliyinin binasını...

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Mərakeşin bir çox şəhərində toplaşan “Z nəsli” gəncləri, səhiyyə və təhsildə islahatlar, işsizliklə mübarizə və korrupsiyaya qarşı tədbirlərin görülməsi tələbi ilə son illərin ən böyük hökumət əleyhinə etiraz aksiyalarını keçirirlər.

"Cebheinfo.az" xəbər verir ki, 27 sentyabrdan bəri davam edən etirazlarda gənclər Taroudant şəhərindəki Ədliyyə Nazirliyinin binasını yandırıblar.

“GEN Z 212” (Z Nəsli 212 Hərəkatı) adı altında sosial mediada təşkilatlanmış gənclərin çağırışı ilə başlayan etirazlar dünən də ölkənin müxtəlif şəhərlərində davam edib.

Rabat, Kasablanka, Marakeş və Tanca şəhərlərində keçirilən aksiyalarda gənclər “azadlıq, ləyaqət, sosial ədalət” şüarları səsləndiriblər.

Təhlükəsizlik qüvvələrinin aksiyalara müdaxilə etdiyi və bir sıra iştirakçıların saxlanıldığı bildirilib.

İki etirazçının həyatını itirdiyi və polisin real güllələrdən istifadə etdiyi qeyd olunub.Digər tərəfdən, Fasın rəsmi xəbər agentliyi MAP-a danışan bir təhlükəsizlik eksperti, hüquq-mühafizə orqanlarının icazəsiz aksiyalara “ictimai asayişi və iştirakçıların təhlükəsizliyini qoruyan balanslı yanaşma ilə” müdaxilə etdiyini iddia edib.

Həmin mənbə sahədəki qüvvələrin dəyənək, su şırnağı və qaz bombaları ilə təchiz edilmədiyini, yalnız rəsmi və mülki geyimli təhlükəsizlik əməkdaşlarının istifadə olunduğunu bildirib.

Fas hökumətinin 2025-ci ilin sonunda keçiriləcək Afrika Millətlər Kuboku və 2030 Dünya Çempionatı kimi beynəlxalq tədbirlərə böyük büdcələr ayırması, lakin əsas xidmət sahələrinin laqeyd qalması səbəbilə ölkə son illərin ən genişmiqyaslı hökumət əleyhinə etirazlarına səhnə olub.

“GEN Z 212” adı altında sosial mediada təşkilatlanmış gənclərin çağırışı ilə 27 sentyabrda başlayan etirazlar ölkənin bir çox şəhərində davam edir.Etiraz çağırışları 17 sentyabrdan etibarən xüsusilə Discord platforması üzərindən yayılıb. “GEN Z 212” adı ilə yaradılan qrup qısa müddətdə minlərlə üzv toplayıb.

Hərəkatın heç bir siyasi partiya, həmkarlar ittifaqı və ya rəsmi qurumla əlaqəsi olmadığı, müstəqil gənclər tərəfindən formalaşdırılmış sosial təşəbbüs olduğu bildirilir.

Etirazlarda iştirak edən gənclər səhiyyə və təhsil sahələrində islahatlar, işsizlərə iş imkanları, sosial ədalətin təmin olunması və korrupsiyaya qarşı mübarizənin sürətləndirilməsini tələb edirlər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri