Meral Akşener Ərdoğandan zapravka və mağazalar xahiş edib? Açıqlama
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İYİ Partiyasının keçmiş sədri Meral Akşener İYİ Partiyasının İstanbuldan deputat Burak Akburakın Mərmərə şosesində Mehmetçik Vəqfinə məxsus yanacaqdoldurma məntəqəsi və mağazaları alması üçün prezident Ərdoğandan özəl xahiş etməsi barədə xəbər yayılıb.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Oda TV-yə danışan Akşener bu iddiaları təkzib edib.
O bildirib ki, bu, tamamilə yalandır: "Bax, mən dezinformasiya demirəm, tamamilə yalandır deyirəm. Canım qardaşım, belə alanlardan bezmişəm. Evdəyəm, siyasətdən tam çəkilmişəm, qarışmıram. Hansısa siyasi liderlə üz-üzə gələndə görüşsəm də, hər hansı siyasi söhbət olmayıb, olmur da. Sözüm odur ki, bu cür iddiaları ilk dəfə sizdən eşitmişəm. Keçmişdə də mənə qarşı başqa iddialar vardı. Bax, bir az əvvəl xəbər yaydılar ki, oğlum Əkrəm İmamoğlundan 360 milyon avro oğurlayaraq Fransaya aparıb. Bunu deputat Camal Enginyurt da dedi. Bəs bu iddia niyə təsdqilənmədi: Niyə üzə çıxmadı? Bir qadın olaraq maddi və ya şəxsi maraqları heç vaxt güdmədim".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 11 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















