Mərc oyunları Millimizin sabiq üzvləri diskvalifikasiya edildi
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik futboldan kənarlaşdırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Futbolçunun cəzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub. 25 yaşlı müdafiəçi 45 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Həmçinin, Azərbaycan millisinin daha iki keçmiş futbolçusu - Emre Kaplan və Murad Cem Akpınar da eyni səbəbdən 45 günlük futboldan diskvalifikasiya ediliblər.
Bundan əlavə, "Qalatasaray" klubundan Eren Elmalı, Metehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu eyni səbəbdən müəyyən müddətə futboldan kənarlaşdırılıb.
Məlumata görə, E.Elmalı 45 gün, M.Baltacı isə 9 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mert Çelik Azərbaycanda "Neftçi" və "Səbail"də də çıxış edib. Əmrə Kaplan Azərbaycanın U-19, U-21, Murad Cem Akpınar isə U-17 millisində forma geyiniblər.
Bu mövzuda digər xəbərlər:Mərc oyunları: Millimizin sabiq üzvü futboldan kənarlaşdırıldı
13 Noyabr 2025 17:17
Millimizin sabiq üzvləri məşqçilik kursunda FOTOLAR
25 Sentyabr 2025 14:33
Millimizin üzvləri azarkeşlərlə görüşəcək
11 Noyabr 2024 12:52
Millimizin sabiq üzvləri Belçikada ilk kuboklarını qazandılar
01 Sentyabr 2025 15:52
Baxış sayı:26
Bu xəbər 13 Noyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















