Icma.az
close
up
RU
“Mercedes Benz” şirkətindən 4 min əməkdaş təzminat müqabilində işdən ayrılıb

“Mercedes Benz” şirkətindən 4 min əməkdaş təzminat müqabilində işdən ayrılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 18 oktyabr, AZƏRTAC

“Mercedes-Benz” şirkətində həyata keçirilən təzminat proqramı gözləniləndən daha çox maraq doğurub.

AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, indiyədək 4 min əməkdaş proqram çərçivəsində şirkətdən könüllü şəkildə ayrılıb. Ümumilikdə isə 40 min əməkdaşa təzminat müqabilində işdən ayrılmaq barədə təklif göndərilib.

Qeyd olunub ki, proqramın nəticələri gözləntilərdən yüksək olub.

“Mercedes-Benz” konserni 2027-ci ilədək 5 milyard avro həcmində qənaətə nail olmağı planlaşdırır. Bunun təxminən bir milyard avrosu kadr xərclərinin azaldılması hesabına reallaşdırılacaq. Təzminat proqramı istehsalat sahəsində çalışan işçilərə deyil, idarəetmə, mühəndislik və informasiya texnologiyaları bölmələrinin əməkdaşlarına şamil olunur. Almaniyada bu kateqoriyaya aid əməkdaşlar 2034-cü ilədək ixtisardan qorunduqları üçün şirkət müqaviləni könüllü şəkildə ləğv etməsi üçün onlara daha cəlbedici şərtlər təklif etməli olur. Proqram 2024-cü ilin aprelində başlayıb və 2026-cı ilin mart ayına qədər davam edəcək.

Məlumata görə, “Mercedes-Benz” ümumilikdə bir neçə min iş yerinin ixtisarını nəzərdə tutur. Bununla belə, şirkət konkret ixtisar sayına deyil, müəyyən olunmuş 1 milyard avroluq qənaət hədəfinə çatmağa çalışır. Paralel olaraq, əməkdaşların gələcək texnoloji istiqamətlər üzrə yenidən ixtisaslaşdırılması istiqamətində işlər davam etdirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 03:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri