“Mercedes” dirəyə dəyib aşdı; ardınca iki avtomobil də qəzaya düşdü VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı-Sumqayıt yolunun 17-ci kilometrliyində (Bakı istiqamətində) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza dekabrın 29-da saat 03:00 radələrində qeydə alınıb: “Belə ki, Əliyev Nurlan Umudvar oğlunun idarə etdiyi 99-FP-276 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb və aşıb. Hadisədən həmən sonra İsmayılov Samir Ənvər oğlunun idarə etdiyi 19-AB-189 dövlət nömrə nişanlı “MAN” markalı yük maşını və 99-UF-652 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil aşmış işıq dirəyinə dəyərək qəzaya düşüb”.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 29 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















