Icma.az
close
up
RU
Mərdəkanda məişət zorakılığı əleyhinə tədbir keçirilib

Mərdəkanda məişət zorakılığı əleyhinə tədbir keçirilib

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

11 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” adlı qrant layihəsinin növbəti – dördüncü tədbiri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Gənclər Evi”ndə baş tutdu.

Layihə çərçivəsində Bakı şəhərinin Yasamal, Qaradağ və Xəzər rayonlarında, Sumqayıt  şəhərlərində tədbir keçirilmişdir. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri və layihənin rəhbəri Səidə Musayeva cəmiyyətdə, xüsusilə qadınlara və uşaqlara qarşı baş verən məişət zorakılığı hallarının yaratdığı fəsadlardan bəhs edərək, bu problemin sosial təhlükəsizlik və sağlam inkişaf üçün ciddi təhdid olduğunu vurğuladı. O bildirdi ki, layihə çərçivəsində ümumilikdə beş tədbirin keçirilməsi nəzərdə tutulur. Növbəti tədbirin Xırdalan şəhərində keçirilməsi planlaşdırılır.

Birliyin sədr müavini və tədbirin aparıcısı Cəmalə Naxçıvani çıxışında bu məsələnin ölkəmizdə dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanıldığını, dövlətin humanist siyasətinin bu sahədəki əksini vətəndaş cəmiyyətinin fəaliyyətində də tapdığını vurğuladı. O, layihə çərçivəsində hazırlanmış təqdimatla iştirakçıları tanış etdi. Tədbirdə iştirakçılar arasında xüsusilə gənclərin fəallığı diqqət çəkirdi; onlar müzakirələrdə aktiv iştirak edir, mövzu ilə bağlı fikirlərini bölüşərək tədbirə dinamik ruh qatırdılar.

Tədbirdə layihənin eksperti, hüquqşünas-psixoloq Natiq Babayev məişət zorakılığı ilə mübarizənin hüquqi mexanizmləri, psixoloji dəstək xidmətləri və həm yerli, həm də beynəlxalq uğurlu təcrübələr barədə ətraflı məlumat verdi. Xüsusilə qadınların cəmiyyət həyatında fəal iştirakı, onların iqtisadi və sosial baxımdan gücləndirilməsi məsələlərinə toxunan ekspert iştirakçıların çoxsaylı suallarını da cavablandırdı.

Tədbirin sonunda çıxış edən layihə rəhbəri Səidə Musayeva bir daha vurğuladı ki, məişət zorakılığı yalnız Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün aktual və ciddi bir problemdir. Bu problemin daim gündəmdə saxlanılması, geniş ictimaiyyətin maarifləndirilməsi, zorakılığın qarşısının alınmasına yönəlmiş uğurlu modellərin tanıdılması layihənin əsas məqsədidir. O qeyd etdi ki, Birliyin bu layihəni həyata keçirməsində əsas hədəflərindən biri qadınların və uşaqların müdafiəsi, inkişafı, eləcə də innovativ yanaşmaların təşviqidir.

Səidə Musayeva çıxışında Agentliyin bu istiqamətdə elan etdiyi qrant müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildirib, “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin təşəbbüsünü dəstəkləyərək layihəni qaliblər sırasına daxil etdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə, icraçı direktor Aygün xanım Əliyevaya və Katibliyin əməkdaşlarına təşəkkürünü bildirdi.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Avqust 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri