Mərhum telediktorun qızı məzun oldu FOTOLAR
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti, mərhum televiziya diktoru Rafiq Hüseynovun qızı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.
"Cebheinfo.az" xəbər verir ki, Leyli Hüseynli bu sevincini sosial şəbəkə hesabında paylaşıb:
“Elə bu an etibarilə mən artıq məzunam!
İllərdir karyerama üstünlük verdikdən sonra yenidən tələbə olmağın necə olacağını bilmirdim. Zaman keçdi və mən magistr təhsilimi fərqlənmə ilə başa vurdum.
Bu yol mənə bu müddətdə sahib olduğum dəstəyi daha çox dəyərləndirməyi öyrətdi. Minlərlə kilometr uzaqlıqdan belə o dəstəyi hiss edirdim – hər dərsdə, hər xoş anımda bunu duyurdum.
LSE mərhələsinin bitdiyini deyə bilmərəm. Çünki tanış olduğum insanlar və qazandığım biliklər bundan sonrakı həyatımın hekayəsində əsas xətt kimi yer alacaq.
Ailəmə, müəllimlərimə və ən əziz dostlarıma sonsuz minnətdaram. Biz bacardıq!”
Qeyd edək ki, Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib. O, 4 dəfə ailə qurub, Leyli onun dördüncü evliliyindən dünyaya gələn qızıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















