“Meri Poppins” Bakıya gəlir Sehrli premyera keçiriləcək
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçiriləcək.
25 aprel, saat 12:00-da gənc rejissor Ayla Osmanovanın quruluşunda Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçiriləcək.
Birhissəli səhnə əsərinin quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov iştirak edirlər.
Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır! O, nağıl qəhrəmanlarını özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 14 Aprel 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















