Merih Demiral fransalı futbolçuya hücum çəkdi Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanı Liqasının 30-cu turunun “Əl-Nəsr” - “Əl-Əhli” görüşü (2:0) qalmaqalla yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, qonaqların türk futbolçusu Merih Demiral matçdan sonra rəqib futbolçu Kinqsli Komana hücum çəkib.
Buna səbəb isə fransalı vingerin oyunun gedişində Merihi zədələməsidir. Final fitindən sonra isə türk müdafiəçi “Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldoya etiraz edib. Daha sonra Komana hücum çəkib. Digər futbolçular aranı sakitləşdirə bilib.
Açıqlama verən Merih hakimlərin “Əl-Nəsr”ə kömək etdiyini bildirib: “Bütün hakimlər dəli olub. Ayağıma baxın və görün rəqib məni nə hala salıb. O, az qala ayağımı sındıracaqdı. Hakimlər “Əl-Nəsr”in qalib gəlməsinə kömək edirlər. Allaha and olsun, bu, biabırçılıqdır!”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 30 Aprel 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















