Merkel: ABŞ və NATO nun dəstəyi olmasa, Ukrayna müstəqilliyini itirə bilər
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, ABŞ və NATO-nun dəstəyi olmadan Ukrayna Rusiyanın hücumundan sonra müstəqil dövlət kimi qalmaq imkanını itirə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.
Merkelin sözlərinə görə, transatlantik tərəfdaşlıq əvvəlkindən daha vacibdir və Ukraynanın müstəqilliyinin qorunması üçün həlledici rol oynayır.
Merkel qeyd edib ki, Vladimir Putinin Ukraynaya hücumu II Dünya müharibəsindən sonrakı Avropa nizamının əsas prinsipini - ərazi toxunulmazlığını pozub. Onun fikrincə, yalnız ABŞ və NATO-nun dəstəyi sayəsində Putinin müharibədə qalib gəlməsinin qarşısını almaq və Ukraynanın müstəqilliyini qorumaq mümkündür.
Bu açıqlamalar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyasından əvvəl səsləndirilib.
Merkel Trampı "xüsusi prezident" adlandıraraq, onun ABŞ-ın "qanuni maraqlarını" müdafiə etdiyini vurğulayıb. Lakin o, Trampın çox tərəfli əməkdaşlıqda "uduzan vəziyyətlərə" inanmadığını və hər zaman qalib və məğlub tərəfin olduğunu düşündüyünü əlavə edib.
"Biz Trampı dəyişdirə bilmərik, amma ona təsir göstərə bilərik. Biz də güclü bir aktor olaraq qalırıq. Avropa bizim sığortamızdır", deyə Merkel bildirib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















