Merkel, Zelenski və Valensa Avropa Xidmət Ordeni ilə təltif olunublar
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Parlamenti Avropaya inteqrasiyaya verilən töhfəyə və Avropa dəyərlərinin təşviqinə görə təsis edilmiş yeni mükafatın - Avropa Xidmət Ordeninin ilk laureatlarını elan edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, təltif olunanların adları Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında açıqlanıb.
Ali dərəcəli ordenlə Almaniyanın sabiq federal kansleri Angela Merkel, "Həmrəylik" hərəkatının keçmiş lideri və Polşanın eks-prezidenti Lex Valensa, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski təltif ediliblər.
Litvanın sabiq prezidenti Valdas Adamkus, Polşanın eks-baş naziri və Avropa Parlamentinin sabiq sədri Yeji Buzek, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin, Moldova Prezidenti Maya Sandu, Avropa diplomatiyasının sabiq rəhbəri Xavyer Solana, eləcə də Avropa Mərkəzi Bankının sabiq sədri Jan-Klod Trişe və bir sıra digər avropalı siyasi xadimləri fəxri orden sahibləri olublar.
Üçüncü dərəcəli ordenlə İrlandiyanın "U2" qrupunun bütün musiqiçiləri təltif edilib. Laureatlar arasında müxtəlif peşə nümayəndələri - həkimlər, hüquqşünaslar, baş aşpaz və Avropa Komissiyasının sabiq vitse-prezidenti də var.
Mükafatlandırma mərasimi may ayında Strasburqda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Mart 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















