Icma.az
close
up
RU
Mərkəz deyəndə ancaq Ağ Şəhəri nəzərdə tuturlar, amma Bayıla da metro çəkmək lazımdır Ekspertdən ETİRAZ

Mərkəz deyəndə ancaq Ağ Şəhəri nəzərdə tuturlar, amma Bayıla da metro çəkmək lazımdır Ekspertdən ETİRAZ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günlərdə açıqlanan rəsmi məlumata əsasən, metronun "Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və qırmızı xəttə keçid olacaq. 

Qeyd edək ki, uzun illərdir Bakının müxtəlif istiqamətlərində yeni metro stansiyaları tikilsə də, əhalinin daha çox məskunlaşdığı Bayıl, 20-ci sahə və Bibiheybət ərazilərində metro inşa olunmur. Hansı ki, bu ərazidən səhər və axşam saatlarında "Azneft" dairəsi istiqamətinə gələn insanlar çox vaxt tıxacda qalmalı olurlar və getdiyi ünvanlara gecikirlər. Üstəlik neçə ildir ki, paytaxtın mərkəzində Formula 1 yarışları keçirilir deyə, yarışın keçiriləcəyi müəyyən vaxt ərzində "Azneft" dairəsi bağlandığı üçün qeyd olunan ərazilərdə yaşayan insanlar demək olar ki, nəqliyyatsız qalırlar. Və belə olduğu halda bu ərazilərdə də metro stansiyalarının tikintisinin vacibliyi önə çıxır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Bayıl, 20-ci sahə və Bibiheybət qəsəbələrində metro tikintisinə ehtiyac var:

"Sadəcə bu proqrama salınmayıb. Gələcəkdə ola bilsin ki, o məsələyə ayrıca baxılar. Xüsusən Masazır, Xırdalan, hətta Ceyranbatana qədər metronu uzatmaq olar. Mənim də təklifim var ki, Bayılın indiki sahəsində metrostansiya olsun və həmin stansiyanı Lökbatana uzadıb, oradan da Xocasənə birləşdirmək olar".

Onun sözlərinə görə, bəzən Bakı deyəndə ancaq şəhərin mərkəzi nəzərdə tutulur:

"Biz də fikirləşirik ki, bu Lökbatan da Bakının bir hissəsidir, Qaradağ rayonunun ərazisidir. Bayıl da Səbail rayonunun ərazisidir. Proqramı hazırlayanlar bir az fərqli yanaşırlar. Mərkəz deyəndə ancaq Ağ Şəhəri, "Sahil" metrosunu, "Nizami" metrosunu nəzərdə tuturlar. Amma bu tərəfləri də unutmaq olmaz. Düşünürəm ki, gələcəkdə bu məsələyə mütləq baxılmalıdır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri