Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 60 milyard dollara çatıb.
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 60 milyard dollara çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, Özbəkistanın isə Avropa İttifaqı ilə ticarət dövriyyəsi 6 milyard dolları keçib. Məlumata görə, Özbəkistanda mindən çox şirkət Avropa İttifaqı kapitalının iştirakı ilə fəaliyyət göstərir. Tərəflər arasında bu məqsədlə möhkəm təməllər qoyulduğu üçün qarşıdakı illərdə daha da böyük artım gözlənilir.
Qeyd edilir ki, bu gün Avropa İttifaqı ölkələri ilə strateji sahələrdə, xüsusən də vacib minerallar, "yaşıl" enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı və əczaçılıq kimi sahələrdə konkret layihələr və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılır. Bu sahələrə böyük maraq var. Əgər əvvəlki illərdə inkişaf etmiş ölkələrdən investorlar bu cür forumlarda iştirak edirdilərsə, bu gün onların coğrafiyası xeyli genişlənib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Mərkəzi Asiya ilə Körfəz ölkələri arasında ticarət dövriyyəsi 3,3 milyard dollara çatıb
04 Sentyabr 2025 19:57
Mərkəzi Asiya Avropa İttifaqı sammiti keçiriləcək
01 Aprel 2025 21:47
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 245 milyard dollara çatıb
30 May 2025 09:35
Qazaxıstan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 1,4 milyard dollara çatıb
13 Noyabr 2025 17:30
Özbəkistanın xarici ticarət dövriyyəsi 37 milyard dollara çatıb
23 İyul 2025 23:10
Baxış sayı:98
Bu xəbər 26 Noyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















