Icma.az
close
up
RU
Mərkəzi Asiya ilə Çin arasında yeni multimodal marşrutun açılışı olub

Mərkəzi Asiya ilə Çin arasında yeni multimodal marşrutun açılışı olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 oktyabr, AZƏRTAC

İşıqlandırma avadanlığı, mexaniki məhsullar və istehlak malları ilə yüklənmiş yarımqoşquları daşıyan 7 ağır yük maşını Kaşqar stansiyasından Çin-Qırğızıstan sərhədinə doğru yola düşüb. Konvoy Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan yeni multimodal marşrutunun açılışı ilə bağlı təntənəli mərasimdən sonra yola salınıb.

AZƏRTAC “Kabar” informasiya agentliyinə istinadla xəbər verir ki, yüklər Sian və Çenqdudan Kaşqara dəmir yolu ilə daşınır, daha sonra avtomobil yolu ilə Oş şəhərinə çatır və orada Türkmənbaşı limanındakı dəmir yolu platformalarına yenidən yüklənir. Sonra konteynerlər Xəzər dənizi vasitəsilə İran, Azərbaycan və Rusiyaya daşınacaq.

Mərasimdə çıxış edən Çin Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin rəhbəri Cai Tuanjie qeyd edib: “Avropa bazarlarına yüklərin çatdırılmasını asanlaşdıracaq yeni marşrut Cənubi Asiya və Yaxın Şərqə də çıxış açacaq”. Onun sözlərinə görə, bu layihə “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsinə töhfə olacaq və iştirakçı ölkələr arasında yükdaşımalarının inkişafına təkan verəcək.

Yüklərin oktyabrın 21-də Özbəkistana, oktyabrın 24-də isə Türkmənistana çatması gözlənilir. Marşrut çatdırılma müddətlərinin qısalmasına imkan verir ki, bu da onu yükdaşımalarının artırılması üçün perspektivli edir.

Bu marşrutun işə salınması Mərkəzi Asiya-Çin-Avropa arasında yükdaşımalarını diversifikasiya etmək məqsədi daşıyır, həmçinin Orta Dəhliz boyunca tranzit potensialının inkişaf etdirilməsi planının bir hissəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri