Mərkəzi Bank 10 sığorta agentinin lisenziyasını ləğv etdi
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 hüquqi şəxsə və 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini ləğv edib.
Modern.az AMB-yə istinadla xəbər verir ki, bu qərar noyabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul olunub.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 09 Dekabr 2024 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















