Icma.az
close
up
RU
Mərkəzi Bank 17 gündür dollar satmır Məzənnə dəyişə bilərmi?

Mərkəzi Bank 17 gündür dollar satmır Məzənnə dəyişə bilərmi?

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Xəbər verdiyimiz kimi, mart ayında Mərkəzi Bank tərəfindən valyuta hərracı keçirilməyib.
Yeniavaz.com
xəbər verir ki, əvvəlki illərdə Azərbaycanda belə bir hal qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, bu gün mart ayının 17-sidir və 2 gündən sonra ölkədə 12 günlük rəsmi tətil başlayır. Əgər son 2 gündə də valyuta hərracı keçirilməsə, o zaman mart ayı ərzində Mərkəzi Bank banklara dollar satmayacaq.
Qeyd edək ki, Mərkəzi Bankın mart ayında hansı səbəbdən dollar satmadığı və bankların hansı səbəbdən dollar almadığı barədə rəsmi məlumat verilməyib.
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən münasibət öyrənmək istəsək də, zənglərimizə cavab verilmədi. Mövzu ilə bağlı banklardan da münasibət almaq cəhdimiz nəticəsiz qaldı.
Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın isə bildirir ki, Mərkəzi Bankın banklara dollar satmamasının bir sıra səbəbləri ola bilər:
“Bildiyimiz kimi, Mərkəzi Bank hərracları Dövlət Neft Fondu ilə birlikdə təşkil edir. Bu hərraclarda satılan valyuta da adətən Neft Fonduna məxsus olur. Neft Fondu dollar satıb, əldə etdiyi manatı dövlət büdcəsi qarşısındakı öhdəliklərinə yönəldir. İndiki halda hərracların keçirilməməsi büdcəyə köçürmələrlə bağlı ola bilər. Nəzərə alsaq ki, uzun illərdən sonra ötən ay Azərbaycanda maliyyə naziri postunda dəyişiklik olub, o zaman bu ehtimalı da gözdən keçirməliyik.
Mərkəzi Bankın banklara dollar satmamasının başqa bir səbəbi texniki amillərlə bağlı ola bilər. Ötən ayın sonlarında mətbuatda belə bir məlumat yayıldı ki, “Bloomberg” agentliyinin Azərbaycanda müxbir akkreditasiyası ləğv edilib. “Bloomberg” ABŞ-nin və dünyanın ən böyük şirkətlərindən biridir. Azərbaycan Mərkəzi Bankı da valyuta hərracını “Bloomberg” şirkətinə məxsus “Bloomberg Terminal” platforması üzərindən həyata keçiritdi. İndi ehtimallardan biri də odur ki, Mərkəzi Bank “Bloomberg” ilə əməkdaşlığı dayandırıb. Hərrac keçirmək üçün Mərkəzi Bankın yeni platformalarla əməkdaşlığa başlaması lazımdır”.

Allahverdi Aydın
İqtisadçı-ekspert həmçinin  bildirib ki, hərracların keçirilməməsinin başqa bir səbəbi xarici ticarət dövriyyəsində qeydə alınan göstəricilərlə bağlı ola bilər:
“Ötən ay xarici ticarət dövriyyəsində mənfi saldo qeydə alınıb. Uzun illərdən sonra idxal ixracı üstələyib. Belə olan halda Mərkəzi Bank dollar satışını məhdudlaşdıraraq idxalın artan tempini aşağı salmaq istəyə bilər. Lakin nəzərə almaq lazımdır ki, hərracların uzun müddət keçirilməməsi qara bazarın aktivləşməsinə səbəb ola bilər. Başqa bir səbəb də bankların dollar ehtiyacının olmaması ola bilər ki, indiki halda bunun özü də olduqca qəribədir. Qarşıdan uzun tətil günləri gəlir. Yəqin ki, bu, xaricə səfər edəcək vətəndaşların sayını artıracaq. Bu səbəbdən normal şərtlərdə bu günlərdə dollara tələbat artmalı idi. Ancaq çox qəribə şəkildə Mərkəzi Bank artıq 17 gündür valyuta satışını dayandırıb”.
Bəs, Mərkəzi Bank tərəfindən valyuta satışının dayanması dolların məzənnəsinə təsir edə bilərmi?
İqtisadçı-ekspert bildirir ki, nəzəri olaraq dollar çatışmazlığı varsa, məzənnə yüksəlməlidir:
“Amma biz indiki halda hərracların keçirilməməsinin səbəbini bilmirik. Ümumiyyətlə, Azərbaycanda dolların məzənnəsi tələb-təklif əsasında müəyyən olunmur. Azərbaycanda valyuta məzənnələri inzibati qaydada tənzimləndiyi üçün hərracların keçirilməməsinin məzənnəyə təsiri ilə bağlı hansısa fikir söyləmək mümkün deyil”.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Mart 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri