Mərkəzi Bank 2024cü ildə uçot dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayacaq
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə 2024-cü il üzrə uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını verəcək.
"APA-Economics" xəbər verir ki, dekabrın 18-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı səkkizinci qərarını açıqlayacaq.
Son dörd qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır: "Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 16 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















