Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla bağlı mayın 6-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək.
AMB ilin əvvəlində uçot dərəcəsini 0,25% bəndi azaldaraq 6.5%-ə, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirib. Bununla belə aprelin 2-dəki qərarında faiz dəhlizinin parametrlərini sabit saxlayıb. Qeyd olunub ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Qeyd edilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək.
Baxış sayı:102
Bu xəbər 04 May 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















