Mərkəzi Bank elektron pul təşkilatına məcburi göstəriş verib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycanın Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı “Paysis” MMC-yə məcburi göstəriş verib.
Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “Paysis” MMC-də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunması və təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunması yoxlanılmışdır. “Paysis” MMC tərəfindən ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “Paysis” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 10 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















