Mərkəzi Bank Gəncədə vətəndaşlarla səyyar görüş təşkil edəcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş görüşlərinin keçirilməsi mühüm yer tutur.
AMB-dan AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş iyunun 4-də Gəncədə keçiriləcəkdir. Görüş Gəncə, Daşkəsən, Goranboy, Göygöl, Samux, Naftalan inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.
Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















