Mərkəzi Bank İsmayıllıda vətəndaşların səyyar görüşünü keçirəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş görüşlərinin keçirilməsi mühüm yer tutur.
AMB-dan AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş sentyabrın 3-də İsmayıllı şəhərində keçiriləcək. Qeyd edilən tarixdə görüş İsmayıllı, Ağsu, Qobustan, Şamaxı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.
Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 vatsap nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 01 Sentyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















