Mərkəzi Bank məşhur iş adamına məxsus şirkətə protokol yazdı, məhkəmə cərimələdi
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
“Agroline Az” cərimələnib.
Hurriyyet.az xəbər verir ki, qərar Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
Xatırlatma: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: Fermerlərə gübrə, bitki mühafizə vasitələri və toxum təchizatı ilə xidmət göstərən MMC-nin qanuni təmsilçisi Qədir Şirsoltan oğlu Məmmədovdur. Q.Məmmədov eyni zamanda “Mazarina Trade Company” MMC-nin qanuni təmsilçisidir. “Yaçno Solınşko”, “Henkel”, “Garnier”, “Soffione”, “Ernet”, Tibet”, “Off”, “Salloon”, “Canbebe”, “Raid”, “Synergetic”, , “Pronto”, “Utenok”, “MR Muscle”, “Seni”, “Heinz”, “Elfbar”, “Kodak”, “Glade”, “Camsil”, “Avon” “Altın”, “Kodak”, “Bella”, “Belgua”, “Ontex”, “Tzmo”, “Arnier”, “Kenton” kimi məhsullar “Mazarina Trade Company” tərəfindən idxal olunur./Pravda.az/
Baxış sayı:78
Bu xəbər 05 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















