Mərkəzi Bank növbəti ildə də valyuta hərraclarını davam etdirəcək
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Әvvәlki illәrin tәcrübәsinә uyğun olaraq dövlәtin valyuta tәlәbi vә tәklifinin dәyişimindәn asılı olaraq Mәrkәzi Bank 2025-ci ildә dә valyuta bazarında valyuta satışı vә alışları hәyata keçirә bilәr.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2025-ci ildə pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Qeyd edilir ki, 2024-cü ilin 11 ayında Mәrkәzi Bankda Dövlәt Neft Fondunun valyuta satışlarının hәyata keçirilmәsi üzrә 87 valyuta hәrracı baş tutub. Bu hәrraclarda bazarın xarici valyutaya tәlәbatı tam ödәnilib. 2024-cü ildә Mәrkәzi Bankın valyuta bazarında satışları әsasәn dövlәt layihәlәri vә xarici valyutada öhdәliklәrin azaldılmasından irәli gәlәn strateji әhәmiyyәtli dövlәt xәrclәrinin icrasına dәstәk mәqsәdi ilә hәyata keçirilib. Ümumilikdə il ərzində yerli banklara 7 milyard 168.9 milyon dollar həcmində valyuta satılıb.
Bu ilin ən irihəcmli valyuta alışları oktyabrda reallaşıb – 738.7 mln. dollar. Oktyabr hərraclarında əsas təklif tərəfi Mərkəzi Bank olub. Dekabrda tənzimləyici 8 hərrac keçirib və hər hərracda 70-80 milyon dollar arasında vəsait təklif edib.
Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin noyabrında 574,6 milyon dollar məbləğində vəsait satılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















