Icma.az
close
up
RU
Mərkəzi Bank ötən il 882 saxta pul nişanını tədavüldən çıxarıb

Mərkəzi Bank ötən il 882 saxta pul nişanını tədavüldən çıxarıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Ötən il Mərkəzi Banka dövriyyədən 5,73 milyard manat pul nişanı mədaxil edilib, 5,86 milyard manat pul nişanı isə məxaric olunub.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 0,76 faiz (131 milyon manat) artaraq ilin sonuna 17,44 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 8,9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonunadək tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.

Mərkəzi Bank tərəfindən 2024-cü il ərzində yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanları tədavülə buraxılıb. 1 və 3 qəpiklik metal pul nişanları daha öncə yenilənmiş 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına uyğun olaraq arxa tərəfinin dizaynına Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də istehsal ili əlavə edilməklə yenilənmişdir. Yenilənmiş 1 və 3 qəpiklik metal pul nişanları tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaqdır.

Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili və hüquq mühafizə orqanları ilə koordinasiya diqqət mərkəzində saxlanılıb. Hesabat ilində milli valyutada 379 ədəd (32611 manat) saxta pul nişanı, xarici valyutada isə 503 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılmış və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib.

Hesabat ili ərzində əhalidən 6,7 milyon manat (155,2 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib.

Bütövlükdə Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı nominallar üzrə nağd pula olan tələbatının ödənilməsi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi kimi prioritetlər diqqət mərkəzində saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri