Icma.az
close
up
RU
Mərkəzi Bank qaydaları dəyişdi: Faiz tələsi nə son qoyulur? AÇIQLAMA

Mərkəzi Bank qaydaları dəyişdi: Faiz tələsi nə son qoyulur? AÇIQLAMA

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. AMB-nin yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması, eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədilə aparıldığı bildirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, son dövrlər istehlak kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xətlərinin açılması və eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək cərimə faizlərinin hesablanması ilə bağlıdır:

"Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475 milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon manatadək yüksəlib. Yəni bu ilin ilk yarısında problemli kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4.4 faiz artıb. Bu həm də o deməkdir ki, problemli kreditlərin həcmi ümumi kredit portfeli ilə müqayisədə daha çox artıb. Bu isə bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz. Bir tərəfdən də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artması müşahidə olunurdu. Təbii ki, bütün bunlar fonunda kredit xətlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac var idi".

Deputat qeyd edib ki, dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum beş misli ilə məhdudlaşdırılır:

"Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq risklərin qarşısını ala bilərlər. Bununla yanaşı, dəyişikliklərə əsasən, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin beş misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən, bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra birinci dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. Yəni əgər vətəndaşın xalis gəliri min manatdırsa, onun kredit xətti, yəni kart vasitəsilə borclanması beş min manatdan çox ola bilməz. Təbii ki, vətəndaşın digər borc öhdəlikləri varsa, o da nəzərə alınacaq. Amma əgər borclanma nağddırsa və təmin olunubsa, o zaman bu qaydalar istisna edilir".

"Digər qayda, overdraft limitləri kredit xətləri anlayışına daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalının 40% müəyyən edilməsidir. İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcək. Aydınlıq üçün qeyd edək ki, overdraft xidməti ilə kart sahibi hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bütövlükdə, vəsaitə ehtiyacı olan borcalan tərəfindən istifadə edilə bilən kreditdir. Nəzərə almaq lazımdır ki, bir sıra banklar overdraft xidmətindən istifadə edərək yüksək faizlər ilə bəzi kart sahibləri üçün izafi maliyyə yükü yaradırlar. Bu baxımdan, bu istiqamətdə təkmilləşdirmələrin davam etməsinə ehtiyac var.

Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu istiqamətdə tənzimləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır", - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Avqust 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri